Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Hərəkətsizlikdən yaranan risk amilləri hansılardır? - CAVAB

Tarix: 07-04-2023 15:29     Baxış: 3525 A- / A+



XXI əsrdə insanlar əməyin avtomatlaşdırılması ilə əlaqədar getdikcə daha çox zamanının böyük hissəsini oturaq vəziyyətdə keçirir. Ofis işi, tıxaclarda saatlarla qalmaq, asudə vaxtlarınızda televizor və ya kompüter qarşısında saatlarla oturmaq...
Bütün bunlar ürək-damar sisteminin pozulması, oynaq ağrısı, piylənmə və bir çox digər xəstəliklərə fon yaradır.
Maraqlıdır, hərəkətsizlik zamanı yaranan risk amilləri hansılardır?

Manevr.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Elmi-Tətqiqat Travmatologiya və Ortopediya İnstitutunun şöbə müdiri Nizami Məmmədov danışıb. 
Onun sözlərinə görə, hərəkət etmə qabiliyyəti aşağı olan insanlar passiv həyat tərzi keçirirlər:
"Belə həyat tərzi keçirən insanlarda piylənmə, yüksək xolesterin səviyyəsi, ürək-damar xəstəlikləri, insult və 2-ci tip şəkərli diabet kimi xəstəliklərin yaranma riskinin yüksək olduğu və bu xəstəliklərin insanın həyat fəaliyyətinə mənfi təsir etdiyi elmə çoxdan məlumdur. Eyni zamanda, bu insanlarda əhval-ruhiyyənin aşağı olması müşahidə olunur və onlar qeyri-sağlam həyat tərzinə meyllidirlər.
Unutmamalıyıq ki, yaş faktoru və artıq çəki oynaq xəstəliklərinin səbəblərindəndir. Ona görə də fiziki passiv insanlarda oynaq xəstəliklərinə daha tez-tez rastlanır".lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar