Sizin Reklam Burada
Xəbər lenti
09-12-2024
08-12-2024
BÜTÜN XƏBƏRLƏR

Çoxarvadlılıq kişilərdə infarkt riskini artırır - Həkimlərdən XƏBƏRDARLIQ

Tarix: 18-03-2023 12:05     Baxış: 4319 A- / A+
Bir qadının həyat yoldaşı olması kişinin daha uzun ömür sürmək şansını artırır.
Manevr.az "Medicina"ya istinadən xəbər verir ki, eyni vaxtda bir neçə arvada ərlik etmək kişinin sağlamlığını əhəmiyyətli dərəcədə təhdid edir.
Bu qənaətə çoxarvadlılığın qanuni qüvvədə olduğu Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki Xəstəxana və Araşdırma Mərkəzinin tədqiqatçıları gəlib.
Ərəb tədqiqatçılarının araşdırmalarına görə, real həyatda çoxarvadll kişilərin ürəklə bağlı daha çox problemlər yaşayırlar.
Araşdırmalar göstərir ki, ailəli olmaq kişilərə daha az stresslə üzləşməyə, fiziki sağlamlığı qorumağa və daha balanslı qidalanmağa imkan verir. Ancaq son vaxtlara qədər elm çoxarvadlılığın evli kişilərin sağlamlığına təsiri ilə az maraqlanırdı.
Tədqiqatçılar Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin 5 xəstəxanasında müalicə olunan ürək çatışmazlığı xəstələrini təhlil edərkən məlum olub ki, belə kişilərin 56%-də şəkərli diabet, 57%-də hipertoniya, 45%-də isə ürək-damar xəstəlikləri var.
Araşdırmaların nəticəsində məlum oldu ki, təqribən kişilərin 68 % - i bir xanımla evli idi, 19 % iki xanımla evli, 10% kişilərdə isə üç xanımla, 3 % isə 4 xanımla evli idi. Çox arvadla evli olan kişilərin sağlıqla bağlı problemləri daha çox idi.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar