Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

B5 vitamini qan xərçənginin qarşısını alır

Tarix: 03-03-2023 19:04     Baxış: 3419 A- / A+

London Xərçəng və Francis Crick İnstitutlarından bir qrup şəxs araşdırma aparıb.
Onlar B5 vitamininin miyelodisplastik sindrom (MDS) adlı nadir qan xərçəngi ilə mübarizə potensialını müəyyən ediblər.
Müəlliflər MDS olan 42 nəfərin qan nümunələrini təhlil ediblər. Məlum olub ki, COASY fermenti sümük iliyində qırmızı qan hüceyrələrinin istehsalını tənzimləməkdə əsas rol oynayır. Müəyyən bir qan xərçəngi növü olan xəstələrdə fermentin qismən itirilməsi qırmızı qan hüceyrələrinin istehsalının əhəmiyyətli dərəcədə azalmasına səbəb olur ki, bu da daha sonra anemiyaya səbəb olur.
Elm adamları daha sonra B5 vitamininin artan qəbuluna əsaslanan terapiya ilə qırmızı qan hüceyrələrinin istehsalını artıra biləcəklərini yoxlamaq qərarına gəliblər. Təcrübə göstərib ki, vitamin B5 və ya onun digər metabolitləri ilə müalicə qırmızı qan hüceyrələrinin yetişməsinə təsir göstərir.
MDS üçün müasir müalicə üsulları tez-tez xəstələrin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə azaldır, həmçinin lösemi inkişaf riskini artırır. Gələcəkdə tədqiqatçılar qırmızı qan hüceyrələrinin istehsalı proseslərini daha da öyrənməyi, həmçinin klinik sınaqlarda yeni terapiya növlərini sınaqdan keçirməyi hədəfləyirlər.lent.az

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar