Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu dərmanların satışına güzəştlər edilə bilər

Tarix: 24-02-2023 16:50     Baxış: 3307 A- / A+
Azərbaycanda heyvandarlıq və quşçuluq təsərrüfatlarda istifadə olunan dərman və dərman preparatlarının ölkə daxilində satışına vergi güzəştlərinin tətbiqi müzakirə olunub.
Manevr.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) məlumat yayıb.
DVX-nin Vergi siyasəti Baş İdarəsi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası, həmçinin bu sahənin digər nümayəndələrinin iştirakı ilə təşkil edilib.
Dövlət başçısının 22 iyul 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"ndan irəli gələn vəzifələrin icrası ilə bağlı heyvandarlıq və quşçuluq sahələri üzrə inkişafın stimullaşdırılması üçün verilə biləcək vergi təşviqlərinin dairəsinin müəyyənləşdirilməsi məqsədi daşıyan görüşdə adıçəkilən təsərrüfatlarda istifadə olunan dərman və dərman preparatlarının ölkə daxilində satışına vergi güzəştlərinin tətbiqi məsələsi müzakirə olunub.
Bundan başqa, soya paxlasının və cecəsinin yerli istehsal hesabına təmin edilməsi məqsədilə güzəştlərin, o cümlədən bu məhsulların ƏDV-dən azad olunmasının sahənin inkişafına, heyvandarlıq və quşçuluq təsərrüfatlarına təsiri barədə fikir mübadiləsi aparılıb.
Sonda vergitutma mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı sahibkarların rəy və təkliflərinin öyrənilməsi istiqamətində görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar