Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Sumqayıt Hospital"da gördüklərim məni təəccübləndirdi -Vüsal Ağa -ŞƏKİLLƏR

Tarix: 22-02-2023 14:45     Baxış: 22 622 A- / A+



Əziz dostlar! Hər birinizi ayrı-ayrılıqda salamlayıram.
Dostlara təşəkkür etməzdən əvvəl "Sumqayıt Hospital"ın həkim və tibb personalından danışmaq istəyirəm.

Son zamanlar səhiyyədə olan çatışmazlıqları, problemləri, həkimlərin və işçilərin xəstələrə qarşı aqressiv davranışını çox görürük. Hər birimiz dəfələrlə şahid olmuşuq ki, həkimlərin səhv diaqnozu və yanlış müayinəsi doğmalarımızı əlimizdən alıb. Amma mən bunun tam əksini yazacam. Özüm şahidi olduğumu olduğu kimi sizə çatdıracam.


Rəşad Hüseynov


 Bir neçə gün öncə kəskin ürək ağrısıyla məni "Sumqayıt Hospital"a göndərdilər. Burada baş həkim  Rəşad Hüseynov məni qəbul etdi.  Rəşad həkim məni o qədər səmimi, o qədər içdən, gülərüzlə qarşıladı ki, özüm də təəccüblənmişdim. Sanki Rəşad həkimlə uzun illərərin tanışı idik. Bu insani rəftar, Rəşad həkimin insanlara olan sevgisindən irəli gəlir. Sorğu-sualdan sonra məni "anju" əməliyyatına yazdı. Rəşad həkimlə ünsiyyətdən sonra əmin əllərdə olduğuma inanaraq "anju" olundum. Məni Rəşad həkim özü "anju" etdi. Nəticə qənaətbəxş olmadı. Problem ürəyimin elə bir hissəsində idi ki, stent qoymaq mümkün deyildi. Bu səbəbdən Rəşad həkim məni ürək və damar cərrahı Rauf Yusifova yönəltdi. Rauf həkim məni eynən Rəşad həkim kimi səmimi, gülərüz qarşıladı. Rauf həkimin olduqca savadlı, güclü cərrah olduğunu çox eşitmişdim. Rauf həkim nəticəni mənə bildirdikdən sonra açıq ürək əməliyyatına yazdı. Heç bir tərəddüd etmədən qəbul etdim. Sonradan məlum oldu ki, qohumum Vüqar Zeynalovu infarktla həyata qaytaran elə məhz Rauf həkim idi. Daha da inam yarandı məndə. Vaxt təyin olundu, həftənin 2-ci günü, fevral ayının 14- səhər saat 9:00-da xəstəxanada olmağımı xaihiş etdi. 

Rauf Yusifov 


Fevralın 14-ü bütün müayinələrdən sonra Rauf həkim qərara gəldi ki, məni yenidən "anju" elətdirsin, şit qoysunlar, müsbət nəticə versə, əməliyyat olunmayacaqdım. Fevralın 15-i Rəşad həkim məni yenidən "anju" elədi və şit qoydu. Nəticə yenə də əməliyyatı göstərdi. Çox ağır əməliyyat oldu. 7 saata kimi əməliyyat davam elədi. Rauf həkim şəfalı əlləri ilə adamın ürəyinə elə toxunur ki, əlinin istisini narkozda olanda belə adam hiss edir. Məhz, Rəşad həkim kimi, Rauf həkim kimi həkimlərimizin sayəsində insanların ümid çırağı yanır, hər kəsin sabaha inamı artır, səhiyyəmiz durmadan inkişaf edir və lazımi uğurları əldə etməyimizə imkan yaranır. Bu uğurların və inamın nəticəsi idi ki, mən gözümü reanimasiya şöbəsində açdım. Bir az çətinliyim oldu. Lakin reanimasiya şöbəsinin işçiləri xəstələrlə elə ünsiyyət qururdu və xəstələrə elə qayğı göstərirdilər ki, çətinliyimi unudub ağzımdan şlanqın çıxarılmasına səbr edirdim. Adətən, əməliyyatdan çıxan xəstələri 1 gün reanimasiyada saxlayırlar. Məni isə 2 gün saxladılar. İşçilərlə daha doğmalaşmışdıq. Palataya getmək vaxtım gəldi çatdı. Aman Allah, bu nə mənzərə, bu nə səhnə. Sanki cənnətə düşmüşəm. Düşünərsiz ki, şişirdirəm. İnanın səmimiyyətimə zərrə qədər şişirtmə və yalan yoxdur. Hamısını olduğu kimi danışıram.
Xəstə baxıcından tutmuş, tibb bacıları, baş tibb bacıları, bütün işçi personalı xəstələrə gecə-gündüz bilmədən öz doğmalarına, özünkülərinə göstərdikləri qayğı və hörmət ilə yanaşırdı. O qədər gözəl insanlar idilər. Onların müraciətlərinin hər sözünün önündə "dayı" demələri necə də gözəl və içdən idi. Onlar zərif çiçəkdilər. Şöbəyə bəzəkdilər. Şöbəyə gözəllik qatırlar. Bu gözəlliyi görüb, yaşadıqdan sonra adam heç özü bilmir nə vaxt sağalıb. Bir də görürsən ki, səni evə buraxırlar. Fevral 21-də məni evə buraxdılar.

Başda "Sumqayıt Hospital"ın baş həkimi Dr. Rəşad Hüseynov və həkimim Dr. Rauf Yusifov olmaqla bütün həkim və tibb personalı öz dərin təşəkkürümü bildirirəm. Varlığınıza şükür. Sizlərə eşq olsun. Sükanı belə saxlayın.

Mən hər birinizdən razı qaldım. Allah da sizlərdən razı qalsın.

İndi isə təşəkkürüm dostlaradı. Siz nə gözəl adamlarsız? Görün mən nə qədər xoşbəxtəm ki, Allah mənə sizlər kimi dostlar bəxş edib.
Nə yaxşı ki, varsız. Nə yaxşı ki, mənimləsiz. Nə yaxşı ki, mənim dostlarımsız. Telefonumda və ailə üzvlərimin telefonlarında çoxlu sayda zəng, mesajlar var. Səhifəmdə paylaşılan statuslar var. Bu bilirsiz insanı nə qədər qürurlandırır? Bu duyğunu sözlə ifadə edə bilmirəm. Bu sevgini mənə bəxş edən tanrıya şükürlər olsun.
Mənə dəstək olduğunuza görə, mənim yanımda olduğunuza görə, dayanmadan əl açıb dua etdiyinizə görə, hər birinizə öz dərin təşəkkürümü bildirirəm. Bilmənizi istərdim ki, mən də sizinləyəm. Canım da sizə fədadır!


GƏLİN, BİR-BİRİMİZİ SEVƏK!


Gəl bir-birimizi sevək,
Sevən ürək sönməyəcək.
Gecə-gündüz deyək, gülək,
Gənclik geri dönməyəcək!

Düşsək də biz bərkə-boşa,
Bu həyatda gəzək qoşa.
Ömrü xoşbəxt vuraq başa,
Ömür geri dönməyəcək!



Vüsal Ağa


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar