Manevr.az publika.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı qastroenteroloq Vladimir Neronov "Lenta.ru"ya müsahibəsində deyib.
"Şəkərli diabet xəstələrindən asetona bənzər qoxu gəlir, həzm sistemi xəstəliyi olan insanlardan çürüntü və xarab olmuş yumurta qoxusu gələcək. Sidik sistemi xəstəliklərindən əziyyət çəkənlər ammonyak iyi, qaraciyər xəstəlikləri olanlardan isə bişmiş alma iyi gəlir", - həkim bildirib.
Neronovun fikrincə, spesifik bədən qoxusunu müəyyən mikroorqanizmlərin olması və dəri vəzilərinin funksiyası ilə izah etmək olar.
"Patogen orqanizmə daxil olarsa, bakteriyaların tarazlığını pozur. Eyni zamanda, normal bədən qoxusundan məsul olan birləşmələr də dəyişir. İmmunitet bu proseslərə müəyyən şəkildə reaksiya verir, bu da insanın qoxusuna təsir edir. Dəri, ifraz edən orqandır və lazım gələrsə, böyrək funksiyasının bir hissəsini öz üzərinə götürür. Bədəndə patoloji məhsullar meydana gəldikdə, onları ifraz etməyə başlayır ki, bu da xüsusi aromanın yaranmasına təsir edir. Xəstəlik təkcə xəstə bir insanın deyil, həm də ətrafdakı insanların qoxusuna təsir edə bilər. Əgər xəstə bir insanla yaşayırsınızsa, sizin də bədəniniz xəstəliyə xas olan xoşagəlməz qoxu yaya bilər", - qastroenteroloq vurğulayıb.