Azərbaycanda son vaxlar mövsümü qrip yayılıb.
Manevr.az bildirir ki, bunu Səhiyyə naziri Teymur Musayev bu gün Şəhidlər Xiyabanında jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, iki il ərzində pandemiya dövründə yaşayan cəmityətlərdə ənənəvi virus və bakteriyalar mübadiləsi pozulmuş və nəticədə ara-sıra mövsümü qriplər yayılıb.
"Buna görə də hazırlıq olaraq ölkəmizə qrip əleyhinə vaksinlər gətirilib və tibb müəsisələrinə paylanıb, - nazir deyib.
Nazir bildirib ki, dünyada baş verən son hadisələr səbəbindən dərman istehsalında istifadə olunan xammalın qiymətinin artırılmasına gətirib çıxarıb:
"Bu da müəyyən dərmanların qiymətində nisbətən artıma səbəb olur. Vəziyyət daim nəzarət altındadır. Lazımi tədarüklər görülüb, ehtiyac həcmləri təmin edilib. Dərmanların qiymətini Tarif Şurası müəyyən edir. Strateji baxımdan vacib olan dərmanların qiyməti nəzarət altındadır və bu tənzimlənir. Hazırda ölkədə hər hansı kəskin dərman qıtlığı yoxdur".
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar