Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

2 dəqiqəyə necə şirin yuxuya getməli? - Hərbi pilotların metodu

Tarix: 14-01-2023 21:15     Baxış: 4342 A- / A+




Yuxusuzluq və yuxudan doymamaq artıq insanların sağlamlığını təhlükə altında qoyub.
Nə qədər edirəm, yuxuya gedə bilmirəm deyənlər üçün amerikalı pilotların xüsusi " sönmə" texnikasını təklif edirik.
 Manevr.az cəmi 2 dəqiqəyə yuxu gətirəcək 50 illik metodu təqdim edir.
Hələ İkinci Dünya Müharibəsində amerikalı pilotlar görürdülər ki, az da olsa mürgüləyib yatmayanda qırıcı pilotlar ciddi səhvlərə yol verir və tapşırıqları yerinə yetirə bilmir.
Ona görə hərbçi pilotlar  yuxunun onlar üçün ölüm-qalımməsələsi olduğunu anlayıb, yuxuya getmək texnikası işləyib hazırlayırlar. Bu elmi metodun test olunması leytenant Bad Vinterə həvalə olunur.
Əvvəllər o futbol treneri idi və idmançıların relaksasiyası işlərini bilirdi.
Bad Vinterin hazırladığı metod özünü doğrultdu və effektiv oldu. Cəmi 6 həftəlik məşqlərdən  sonra pilotların 80%-i cəmi 2 dəqiqəyə yuxuya gedirdilər. Onlar hətta atəş səsləri altında belə oturduqları yerdə şirin-şirin yatıb yuxularını alırdılar.
Metod necədir:
1.Rahat poza alın
İstər çarpayıda uzanın, istər kresloda, hətta olduğunuz istənilən yerdə söykənəcəyi olan stul seçin.
2.Üz əzələlərini boşaldın
Bu işin püf nöqtəsidir. İnsan üzü onu gərginliyini göstərən birinci orqandır. Gözlərinizi bağlayıb, əvvəlcə alnı boşaldın, əzələləri rahatladın, sonra yanaqlar, çənə, boyun və dilinizi boş tutun.
Bunu etdikdə görəcəksiz ki, tənəffüs dərin və aramla olur. Daha sonda yumduğunuz gözləri boşaldın, gözdə 6 əzələ var, onlar yumulanda gərginləşir. Amma insan yuxuda olanda gözlər elə gərginliklə yumulmur.
3.Çiyinlərini aşağı endirin
Elə edin ki, sanki çiyinləriniz boş torba kimi ayaqlarınıza doğru axır. Bütün gərginliyi sinədən dərin nəfəs alıb verməklə buraxın, boyun, çənə, çiyinlər boş olmalıdır.
4.Əllərinizi boşaldın
Əllər ağırlaşır və sanki boş şəkildə düşüb qalır. Əgər alınmırsa, güclü yumruq sıxıb buraxın və təkrar edin. Biləklər, barmaqlar hamısı boş olmalıdır
5.Ayaqları boşaldın
Elə hiss edin ki, sanki ayaqlarınızdan nəsə ağırlıq asılıb və  onlar ağırlaşır. Əvvəl fikrinizi sol tərəfə yönəldin, dabanlara kimi rahatlayın, sonra sağ tərəfə keçin.
6.Beyni 10 saniyə təmiz tutun
Bədən əzələləri tam boş olduqdan sonra beynə sönmə əmri vermək lazımdır.
Bu sanki telefonunuzun sönməsinə bənzəyir. Telefonun tam sönməsi üçün bir neçə saniyə tələb olunur. Beyin də elədir. Bütün kənar fikirləri, sözləri, hərəkətləri azdırın. Bunun üçün özünüzü sakit mavi gölün üzərində uzanmış vəziyyətdə təsvir edin. Gözləriniz yalnız mavi təmiz səma görür. Və yaxud belə təsəvvür edin ki, qapqara məxməri bir otaqda uzanmısız, gözləriniz yalnız qaranlıq görür, zülmətdən başqa heç nə. Bu vəziyyəti cəmi 10 saniyə yarada bilsəz, texnika bitir.
Beyni gərgin olanlar özlüklərində " heç nə düşünmə, düşünmə, düşünmə" sözlərini 10 saniyə təkrarlasın.
Bunları etdikdən sonra nə vaxt yuxuya gedəcəyinizi bilməyəcəksiz.
Metodun müəllifi deyir ki, ən azı 1-2 həftə hər gün lazım olanda bunu məşq etsəniz bu texnika sizdə mütləq alınacaq və siz asanlıqla yuxuya gedəcəksiz. Ona görə ilk dəfədən alınmayanda buraxmayın.medicina.az

 Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar