Xəbər lenti
Apteklərdə bu dərman tapılmır - Həkimdən HƏYƏCAN TƏBİLİ
Uzun müddətdir paytaxtdakı apteklərdə bəzi dərman preparatları tapılmır.
Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra yoxa çıxan bəzi dərmanlar həm həkimləri, həm də pasientləri və onların yaxınlarını çıxılmaz vəziyyətdə qoyub.
Tapılmayan dərmanlar əsasən psixoloji xəstəliklərdən əziyyət çəkən pasiyentlərin müalicəsində istifadə olunan preparatrlardır.
Psixiatr Orxan Fərəcli hazırda “Depacin-Chrono” adlı dərman preparatının tapılmadığını söyləyib.
“İndi də “Depacin-Chrono” adlı dərman tapılmır. Hansı ki, bu dərman bipolyar affektiv pozuntu və epilepsiyanın müalicəsində istifadə olunan təməl dərmanlardan biridir”, - deyə həkim qeyd edib.
Qeyd edək ki, bir müddət əvvəl Bakıda apteklərdə şizofreniya xəstələrinin müalicəsində istifadə olunan Haloperidol, eyni zamanda 5-NOK, Menovazin, Valerian ekstrakt, Denol, Anaprilin kimi dərmanlar tapılmırdı. Bu preparatlar ölkəmizə əsasən Rusiya, Belarus və Ukraynadan gətirilir.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar