Xəbər lenti
Xərçəng xəstəliyi nədir?
İnsan bədəni milyonlarla sayda hüceyrələrdən ibarətdir ki, onların hər bir qrupu orqanizmdə müəyyən vəzifələri yerinə yetirirlər.
Məsələn, qandakı eritrositlər (qırmızı qan cisimcikləri) orqanizmin bütün hüceyrələrinə oksigen daşıyır, dəri hüceyrələri insan bədənini örtərək onu müxtəlif zərərli faktorların təsirindən qoruyur və s.
Normal hüceyrələr inkişaf edir, bölünərək artır və müəyyən müddətdən sonra ölürlər. Bütün bu proseslər, mütləq olaraq, müəyyən qaydalar çərçivəsində baş verir ki, buna da orqanizm tərəfindən dəqiq nəzarət olunur. Ancaq bəzən hər hansı bir səbəbdən, hər hansı bir orqanın müəyyən qrup hüceyrələrində (mədə, qara ciyər, yumurtalıq, uşaqlıq, dəri və s.) "pozğunluq" baş verir ki, bunun da nəticəsində həmin hüceyrələr birdən-birə çox sürətlə və nəzarətsiz şəkildə bölünməyə başlayaraq orqanizmdə onlar üçün ayrılan vəzifəni yerinə yetirmirlər. Beləliklə, xərçəng şişi formalaşır.
Xərçəng şişi inkişaf edərək sağlam toxumalara da yayılır, onları da öz toxuma hüceyrələri ilə əvəz edərək bu və ya digər orqanların öz funksiyalarını yerinə yetirməsinə mane olur. Başqa toxumalara yayılmaq (metastaz vermək) - xərçəng şişin əsas xüsusiyyətidir.
Xərçəng hüceyrələri qan və limfa damarları vasitəsi ilə bədənin daha uzaq yerlərinə də yayılırlar (metastaz verirlər). Bundan başqa, xərçəng hüceyrələri adətən, insanın orqanizminə zərərli təsir göstərən toksik maddələr də ifraz edirlər. Bu maddələrin təsiri nəticəsində insanın orqanizminin ümumi vəziyyətinin pisləşməsi (ümumi zəiflik, iştahanın itməsi, kəskin arıqlama və s.) də baş verir.
Beləliklə, xərçəng - bədxassəli bir şişdir! Onun bir çox növlərinin səbəbi tibb elminə bu günə qədər də məlum deyil. Xərçəng - hiyləgər xəstəlikdir. İlk mərhələlərində xərçəng, demək olar, heç bir əlamətlə özünü büruzə vermir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar