Xəbər lenti
Azərbaycanı cənginə alan virus nədir? - COVID-19, qrip, yoxsa...
Bu barədə Modern.az-a danışan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev virusun təkcə Azərbaycanda deyil, bütün dünyada geniş vüsət aldığını vurğulayıb.
Həkim koronavirusla yanaşı, Almaniya, Belçika, Skandinaviya ölkələrində donuz qripi epidemiyasının yayıldığını xatırladıb:
“Qonşu ölkələrdə, hətta Ermənistanda belə donuz qripindən insanların öldüyü bildirilir”.
Onun sözlərinə görə, son vaxtlar Azərbaycanda respirator viruslara yoluxmadakı artımı həm koronavirusa, həm də qripə bağlamaq olar:
“Çünki koronavirusa yoluxmada artım müşahidə etsək də, COVID-19 testi neqativ çıxmış, pnevmaniya əlamətləri olan xəstələrə də az rast gəlmirik. Digər ölkələrdə epidemik vəziyyətin olduğunu nəzərə alaraq, Azərbaycanda da qripə yoluxmanın olduğunu demək olar. Rəsmi olaraq buna TƏBİB və Səhiyyə Nazirliyi cavab verməlidir. Ancaq COVID-19 testi neqativ olub, bu qripin də Azərbaycanda yayıldığını ehtimal etmək mümkündür. Donuz qripi olmasa da, bu mövsümdə respirator viruslara yoluxmada artım var. Lakin Avropadakı kimi Azərbaycanda da donuz qripinin olub-olmadığını TƏBİB və Səhiyyə Nazirliyi açıqlaya bilər. Son məlumata görə isə ölkəmizdə donuz qripi aşkarlanmayıb”.
V. Əliyev infeksiyaya yoluxmamaq üçün insanlara tövsiyələrini çatdırıb:
“Hamı mövsümə uyğun geyinməli və sağlam qidalanmalıdır. İnsanlarla təmasdan çəkinmək faydalı olar. Əgər respirator qrip ehtimalı varsa, bunun digər insanlara keçməsinin qarşısını almaq üçün gigeynik qaydalara riayət edilməli, maska taxılmalı və ara məsafəsi qorunmalıdır. Yaxşı olar ki, insanlar ev şəraitində müalicəsini davam etdirsin. Bu, başqa insanların da yoluxmasının qarşısını alar. Nə qədər gec də olsa, risk qrupunda olan insanlar peyvənd vurdursalar, yaxşı olar”.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov isə qeyd edib ki, əlamətləri olan şəxslərdən götürülən yaxmalarda qrip virusu aşkar edilməyib:
“Lakin bir sıra, o cümlədən ətraf ölkələrdə mövsümi qrip infeksiyası yayılıb və bunun Azərbaycanda da yayılması istisna olunmur. Kəskin respirator viruslar çoxsaylıdır, onların biri və ya bir neçəsi fərqli ştamlarla payız-qış aylarında təkrarlanır. Soyuq havalarda bu tip infeksiyaların yayılması üçün əlverişli şərait insanların daha çox qapalı məkanlarda toplanması və yaxın təmasların artması, otaqların daha az havalandırılması, fəsli olaraq immunitetin bir qədər zəifləməsidir".
Nazirlik rəsmisi əlavə edib ki, indiyədək yuxarı tənəffüs yollarının infeksiyası əlamətləri olan şəxslərdən götürülən yaxmalarda qrip virusu aşkarlanmayıb:
“Koronavirus pandemiyası dövründə yanaşı olaraq mühitdə qrip virusunun da olması bir sıra arzuolunmaz fəsad və nəticələrə səbəb ola bilər. Bunu nəzərə alaraq Səhiyyə Nazirliyi tərəfindən qrip əleyhinə peyvəndlər əldə edilərək artıq ailə sağlamlıq mərkəzlərinə paylanılıb. İlk növbədə kiçik yaşlı uşaqların, yaşı 65-in üzərində olan şəxslərin, hamilə qadınların, müxtəlif ağır xroniki, o cümlədən tənəffüs sistemi xəstəlikləri olan şəxslərin qripə qarşı peyvənd olunması tövsiyə edilir. Hər bir vətəndaş öz istəyi ilə yaşadığı ərazi üzrə ailə sağlamlıq mərkəzlərinə müraciət edərək peyvənd oluna bilər. Peyvəndlər kifayət qədər təhlükəsiz və effektivdir”.
Manev.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar