Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Son günlər əhali arasında yayılan virus nədir? – Mütəxəssisdən AÇIQLAMA

Tarix: 02-01-2023 19:36     Baxış: 3327 A- / A+
Son günlər əhali arasında yayılan virus nədir? – Mütəxəssisdən AÇIQLAMA
Dekabr ayından başlayaraq, ilkin klinik əlamətlərindən biri temperaturun kəskin yüksəlməsi olan virus infeksiyasının sürətli artımı müşahidə edilir. Bu hal isə əhali arasında müəyyən narahatlığa səbəb olub.
 
Bununla bağlı fikirlərini bölüşən tibb elmləri doktoru, professor Musa Qəniyev deyib ki, hazırda viral infeksiyada müşahidə olunan artım  fəsli patogen viruslarda baş verən aktivliklə əlaqədardır:
 
“Bu hal təbiətin mütləq qanunlarından irəli gələn və hər il müşahidə edilən, lakin COVİD-19 pandemiyasına qədər heç vaxt yada düşməyən adi və normal bir vəziyyətdir.  Aminturşu ardıcıllığında destruktiv fərqliliyə görə, hazırkı infeksiyalar məlum metodoloji testlərə selektiv dominant genom ardıcıllığı göstərməməli, ekliptik hərəkət boyunca ardıcıl növbələşən 3 dalğa şəklində davam etməlidir. Hazırda müşahidə edilən isə birinci dalğadır. Onun sönməsi yanvar ayının  ilk ongünlüyünün sonuna təsadüf etməlidir. İnfeksiyanın ikinci dalğası yanvar ayının növbəti yarısında başlamalı, sönməsi fevral ayının ilk ongünlüyünə təsadüf etməlidir”.
 
Mütəxəssisin sözlərinə görə, virusun üçüncü dalğası fevral ayının son ongünlüyündən başlayıb Novruz bayramına qədər davam etməlidir:
 
“Başqa sözlə desək, hazırkı viral infeksiyanın növbələşən artım və sönmə dövrü birinci mərhələdə 40 gün, ikinci mərhələdə 20 gün, sonuncu mərhələdə isə 1 aya qədər davam etməlidir.  Hələ aylar öncə günəşin ekliptik vəziyyətindən mütləq asılılıq səbəbindən viral infeksiyaların fəsilə bağlı sıçrayışlı artımı haqqında dəfələrlə məlumat vermişdim. Bunun qanunauyğun, qaçılmaz və normal bir hal olduğunu bildirmişəm. Hazırkı klinik durum antibakterial və ya antiviral müalicə proseduru tələb etmir. Yalnız yüksək temperatur zamanı 1-2 qəbula brufen və ya parasetamolun istifadəsi, maye qəbulu və qısa müddətli istirahət tövsiyyə olunur”.sfera.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar