Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Kardioloqlar buzlu suda üzməyin faydaları haqqında mifi dağıtdılar

Tarix: 12-12-2022 09:27     Baxış: 4455 A- / A+

Amerika Ürək Assosiasiyası buzlu suda üzmənin (qış üzgüçülüyü - Red) faydalarına dair sübutların olmaması barədə xəbərdarlıq edib.
Manevr.az xəbər verir ki, məlumat assosiasiyanın saytında dərc olunub.

Bəiz üzgüçülər hesab edir ki, soyuq suda üzmək immun sistemini gücləndirməklə yanaşı, ürək-damar sağlamlığını da yaxşılaşdıra bilər. Ancaq bu məlumatı sübuta yetirən hələ də çox az dəlil var.
Ekspertlər xəbərdarlıq edirlər ki, bəzi insanlar üçün soyuq su şoku xeyirdən çox zərər verə bilər.
Mənfi 15,5 dərəcə havada suya girməklə insan bədənində soyuq şok yaranır və şəxs bir dəqiqədən az müddətdə ölür. Bədəni soyuq suya batırmaq tənəffüsün, ürək döyüntüsünün və qan təzyiqinin qəfil, sürətli artmasına səbəb olur.
Soyuq suyda uzun müddət qaldıqda, qan həyati orqanları qorumaq üçün ətraflardan bədənin mərkəzinə axır. Bu, qolları və ayaqları yaxşı qan dövranı olmadan qoyur, bu da güc və koordinasiya itkisinə səbəb ola bilər. Eyni zamanda, su bədəndən istiliyi havadan 25 dəfə tez çıxarır ki, bu da hipotermiyanın sürətli inkişafına səbəb olur.
Bəzi tədqiqatlar göstərir ki, buz vannaları və ya qışda üzmək iltihabı və ürək-damar xəstəlikləri riskini azalda bilər.
Lakin digər tədqiqatlarda elm adamları qışda üzgüçülərdə troponinin daha yüksək səviyyədə olduğunu aşkar ediblər. Bu o deməkdir ki, soyuq suda uzun müddət olmaq ürək əzələsinə zərər verə bilər.
Bundan əlavə, beta-blokatorlar qəbul edən ürək xəstəliyi olan insanlar temperaturun qəfil dəyişməsinə adekvat uyğunlaşa bilmirlər.“report” 

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar