Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Baş nazir: “Həyati əhəmiyyətli dərmanlarla bağlı bu qurumlara tapşırıqlar verilib"

Tarix: 09-12-2022 12:39     Baxış: 3326 A- / A+

                                                                                                                                                                                                               

“Son zamanlar ölkədə dərman vəsaitlərinin çatışmazlığı ilə bağlı məsələ qaldırılıb. Bu məsələni hökumət dərhal nəzarətə götürüb. Hazırda həyati əhəmiyyət daşıyan dərmanlarla bağlı problem müşahidə olunmur”.
Manevr.az xəbər verir ki, bunu baş nazir Əli Əsədov parlamentdə çıxışı zamanı deyib.
Baş nazir bildirib ki, hər bir şəxs zəruri olan dərmanları şəxsi istifadə üçün ölkəyə gətirə bilər: “Bunun miqdarının müəyyən edilməsi üçün Gömrük Komitəsinə, Səhiyyə Nazirliyinə və digər müvafiq qurumlara tapşırıqlar verilib. Milli Məclisin Səhiyyə komitəsini də bu istiqamətdə öz təkliflərini verməyə dəvət edirik”.
Baş nazir dərmanların qiymətinin artmasına da münasibət bildirib:
“Dərman vasitələrində qiymət artımı ilə bağlı narahatlıq ifadə olunur. Son dövrlər müşahidə olunan regional və geosiyasi gərginlik, Ukrayna-Rusiya münaqişəsi, bununla bağlı sanksiyaların tətbiqi, istehsal zəncirində qırılma, logistikanın kəsilməsi inflyasiyaya və ərzaq qıtlığına səbəb olub. Prezidentin dediyi kimi qlobal vəziyyətin necə olacağını öncədən proqnoz etmək çətindir. Amma aydındır ki, bu, fevraldan əvvəlki kimi olmayacaq”.
Baş nazir əlavə edib ki, qlobal iqtisadiyyata inteqrasiya edən Azərbaycan da inflyasiya təzyiqləri ilə üzləşir:
“İdxal mallarının qiymətində artım qeydə alınıb. Azərbaycan dərman vəsaitlərinin 95 faizini idxal edir. Bunun böyük hissəsi Türkiyə, Almaniya, Rusiya, Ukrayna, Böyük Britaniyanın payına düşür. Dərman qiymətlərinin tənzimlənməsi Tarif Şurası tərəfindən həyata keçirilir. Şura tərəfindəın son qiymət artımı 276 dərmana tətbiq edilib, bu da ümumi dərmanların cəmi 2 faizidir. Bu dərmanlar əsasən Rusiya, Ukrayna, Belarusdan idxal olunur”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar