Xəbər lenti
Çox öpüşmək insanı xoşbəxt edir - Professor
İllər sonra uzun-uzadı öpüşlər yöndəmsiz, kiçik vida öpüşlərinə çevrilə bilir. Ancaq cütlüklər kiçik bir öpüşlə kifayətlənmək məcburiyyətində deyillər.
Manevr.az xəbər verir ki, münasibətlər üzrə mütəxəssis doktor Con Qottman iddia edir ki, uzun-uzun öpüşmək münasibəti möhkəm saxlaya bilər.
Professor Qottman cütlüklərin əvvəlki kimi romantik hiss etmələri üçün ən azı 6 saniyə öpüşmək lazım olduğunu bildirib. Professorun nəzəriyyəsinə görə, altı saniyəlik bir öpüş gərgin keçən bir günün ardından sakitləşdirici təsir göstərir və uzun müddətdə münasibətə dəstək olur:
"Azı altı saniyə öpüşmədən evdən çıxmayın və günün sonunda evə qayıdanda partnyorunuzu altı saniyəlik sevgi dolu bir öpüşlə qarşılayın".
Dr. Qottmanın məsləhətləri bəzi elmi dəlillərə əsaslanır. O bildirir ki, öpüş stress hormonunun səviyyəsini aşağı salır, cütlüklərin bağlılıq və xoşbəxtlik hormonunu artırır. /Yenisabah.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar