Xəbər lenti
Dərman çatışmazlığı problemi niyə həll edilmir? - VİDEO
Onkoloji, şəkər, təzyiq, ürək xəstəlikləri və əməliyyat blokunda istifadə olunan bir sıra dərmanlarda çatışmazlıqlar var. Ona görə də hazırda dərman bazarında ciddi problemlər yaşanır.
Manevr.az-ın məlumatına görə, Milli Məclisdə dərman bazarındakı son vəziyyət növbəti dəfə qabardılıb.
Millət vəkili Rəşad Mahmudov da təsdiq edib ki, bir sıra dərmanları tapmaqda çətinliklər yaşanır.
Millət vəkilinin sözlərinə görə, dərman çatışmazlığının əsas səbəbləri istehlak və istehsaldakı hazırkı durum, logistika xərclərinin artması və ən əsası daşıyıcılar tərəfindən düzgün siyasətin qurulmamasıdır. Ən başlıcası isə hazırda qiymət artımını tənzimləyəcək bir mexanizmin olmamasıdır.
Rəşad Mahmudov vurğulayb ki, bu kimi problemlər vaxtında həll olunmadığı təqdirdə dərmanlar ölkəyə qeyri-leqal yollarla daxil olur. Bu da süni bahalaşmaya zəmin yaradır. Ona görə də aidiyyəti qurumlar arasında əlaqələndirilmiş iş mexanizmi qurulmalıdır.
Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik./Xezerxeber.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar