Qətərdə keçirilən futbol üzrə mundialda bu gün daha bir 1/4 finalçının adı məlum olub.
Manevr.az apasport.az-a istinadla xəbər verir ki, mundialın 1/8 final mərhələsində 2 Avropa komandası üz-üzə gəlib.
Son dünya çempionu Fransa Polşa ilə qarşılaşıb.
İndiyədək keçirilən qarşılaşmalarda Fransa üstün tərəf olub.
Polşa cəmi 1 dəfə fransızlara qalib gəlib.
Həmin görüş də 1982-ci il İspaniyada keçirilmiş mundialın 3-cü yer uğrunda matçı olub.
Polşa Fransaya 3:2 qalib gəlib.
Fransa millisinin futbolçusu Olivye Jiru dünya çempionatının 1/8 finalında Polşaya qol vurmaqla tarixə düşüb.
36 yaşlı hücumçu 44-cü dəqiqədə fərqlənməklə millidə 52-ci qolunu vurub.
Bu göstərici ilə o, 51 qol vurmuş Tyeri Anrini qabaqlayaraq Fransa millisinin ən sərrast futbolçusu olub. Jiru hazırda 3 qolla mundialın da ən sərrast 7 futbolçusundan birinə çevrilib.
Bundan başqa, Antuan Qrizmann Fransa millisinin ardıcıl 71 matçında forma geyinən ilk futbolçu adını qazanıb. O, 2017-ci ildən etibarən Fransa millisinin bütün oyunlarında iştirak edib.
Dünya çempionatı-2022
1/8 final
19:00 Fransa – Polşa - 3:1
Qol: Olivye Jiru, 44. Kilian Mbappe, 74, 90+1, Levandovski 90+7 (penalti)
Xəbər lenti
DÇ-2022: Fransa 1/4 finalda, futbolçular tarixə düşdü

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar