Sizin Reklam Burada
Xəbər lenti
25-12-2025
24-12-2025
BÜTÜN XƏBƏRLƏR

Təzyiqi azaldan ucuz məhsul AÇIQLANDI

Tarix: 28-11-2022 19:00     Baxış: 4426 A- / A+

Dietoloqlar Şennon Vestern və Anya Rozenin sözlərinə görə, çuğundur qan təzyiqini aşağı salır və bağırsaq sağlamlığını qorumağa kömək edir.
 

Manevr.az
lent.az-a istinadla bildirir ki, Rozenin sözlərinə görə, çuğundur bağırsaq üçün faydalıdır, çünki onların tərkibində prebiyotik rolunu oynayan, həzm üçün faydalı olan bakteriyaların sayını və müxtəlifliyini artıran xüsusi liflər var.
“Tərkibində bağırsaqlarda qısa zəncirli yağ turşularının səviyyəsini artıran betalainlər və fenolik maddələr də var. Bu, iltihabı azaltmağa və immuniteti yaxşılaşdırmağa kömək edir", - o, əlavə edib.
Çuğundur antioksidantlarla zəngin olduğundan, onlar da potensial zərərli hüceyrələri zərərsizləşdirməyə və bədəndəki iltihabı azaltmağa kömək edir. Kök məhsulun tərkibində olan lif həzmi yaxşılaşdırır və orqanizmi təmizləməyə kömək edir.
Yekun olaraq dietoloqlar qeyd ediblər ki, çuğundurda nitratlar çoxdur, bu da koronar damarları genişləndirir və qan dövranını yaxşılaşdırır. Nitratlar da qan təzyiqini aşağı sala və əzələ fəaliyyətini artıra bilər. Çuğundur suyu bunun üçün xüsusilə faydalıdır.
“Məlum olub ki, çuğundur suyu içənlərin təzyiqi normallaşıb. Bu, çuğundurun tərkibindəki nitratlarla bağlıdır. Üstəlik, bu təsir kök məhsulunun və ya onun şirəsinin müntəzəm olaraq istifadəsini dayandırdıqdan sonra üç aya qədər davam edir”, - Vestern vurğualyıb.
 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar