Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Əllərə uyuşmanın SƏBƏBLƏRİ

Tarix: 19-11-2022 20:40     Baxış: 4275 A- / A+




Əllərdə uyuşma adətən kompüterdən uzun müddət istifadə nəticəsində yarana bilər.
Bu barədə "Moskva 24" telekanalına müsahibəsində Rusiya Prezidenti Administrasiyasının Mərkəzi Klinik Xəstəxanasının terapevti Polina Yermolova bildirib.
"Əl uyuşması kompüter siçanından çox istifadə edən insanlarda olur. Əgər tez-tez fırçadan da istifadə edirsinizsə, o zaman siz tunel sindromuna meyilli ola bilərsiniz, yəni barmaqlarınız uyuşa bilər. Əllərdə və barmaqlarda qaşınma ola bilər", - həkim bildirib.
Mütəxəssis əlavə edib ki, tunel neyropatiyasının bir növü karpal tunel sindromudur. Bu, karpal kanaldan keçən median sinirə sıxılma-işemik təsir ilə əlaqələndirilir. Üstəlik, bu xəstəliyə qadınlarda daha çox rast gəlinir.
Həkim toxumaların qanla daha yaxşı təmin edilməsi üçün vaxtaşırı əllərdə dartınma hərəkətləri etməyi tövsiyə edib. Mütəxəssis əlavə edib ki, uyuşma meqapolis sakinlərində stresli həyat nəticəsində yaranan maqnezium çatışmazlığından da yarana bilər.
"Bundan əlavə, skleroz da bu həssas pozğunluqlarının səbəbi ola bilər. Nəticədə impulsların ötürülməsi pozulur. Həmçinin əllərin uyuşması yaxınlaşan miqrenin əlamətidir", - terapevt yekunda vurğulayıb./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar