Xəbər lenti
Koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 34 yeni yoluxma faktı qeydə alınıb, 52 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nəticələri müsbət çıxan 3 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 823 923 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 421 nəfər müalicə olunaraq sağalıb, hazırda 230 aktiv xəstə var. Bu günə qədər 9 972 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 084, bu günə qədər isə ümumilikdə 7 355 336 test icra olunub.
Ötən gündə 594 nəfər vaksinasiya olunub. Gün ərzində birinci doza vaksinlərin sayı 138, ikinci doza vaksinlərin sayı 173 təşkil edib.
Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 241-dir. Pozitiv nəticədən sonra "buster” doza vaksinlərin sayı 42 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 918 472 olub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar