Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Əhliman Əmiraslanov: “Dərman vasitələri ilə bağlı ciddi proqram hazırlanıb”

Tarix: 17-11-2022 12:44     Baxış: 4335 A- / A+


 
Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov əvvəlcə dövlət başçısına, onu yubileyi münasibətilə təltif etməsinə görə təşəkkürünü bildirdi. Qeyd etdi ki, ayrıca təşəkkür məktubunu cənab Prezidentə göndərəcək.
Büdcə sənədi ilə bağlı danışan Ə.Əmiraslanov dedi ki, 2023-cü ilin büdcə zərfində səhiyyəyə 1 milyard 900 milyon manat nəzərdə tutulub, onun böyük hissəsi icbari tibbi sığirtaya yönəldilib: “Bütün bunlar səhiyyə xidmətinin yüksəlməsinə xidmət edəcək. Tibbi avadanlıqların köhnəlməsi səbəbindən onların yenilənməsi ilə əlaqədar məsələ qaldırmışdıq, bu məsələ həllini tapmaqdadır, bununla əlaqədar baş nazir Əli müəllimə və hökumət üzvlərinə təşəkkürümü bildirirəm. Ancaq bir qrup xəstəliklər icbari tibbi səğorta ilə əhatə olunmur, xüsusilə də onkoloji xəstəliklər. Onkoloji xəstəliklərin icbari tibbi sığortaya daxil edilməməsi problemlər yaradır, xəstələrdə də haqlı narazılıq yaradır. Həmçinin auditizm xəstələri...”
Deputat dərman vasitələri ilə bağlı məsələlərin həllinə də böyük ehtiyac olduğunu söylədi. “Məndə olan məlumata görə, hökumətdə dərman məhsulları ilə bağlı proqram hazırlanır. Bu proqram əsasında dərman vasitələri üzrə problemlər öz həllini tapacaq”. Ancaq deputat Milli Məclisdəki peşəkar deputatların, mütəxəssislərin də bu işə cəlb olunmasını faydalı saydı.musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar