Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Apteklərdə “Nurofen” niyə tapılmır?

Tarix: 12-11-2022 10:12     Baxış: 4357 A- / A+
Apteklərdə “Nurofen” niyə tapılmır?
Azərbaycanda apteklərdə "Nurofen" dərmanlarının çatışmazlığı yaşanır. Valideynlər əsasən azyaşlılar üçün istifadə olunan bu dərmanı tapmaqda çətinlik çəkdiklərini deyirlər. 
Vətəndaşların sözlərinə görə, daha çox bu mövsümdə artan soyuqdəymə hallarında lazım olan "Nurofen" uzun müddətdir ki, apteklərdə tapılmır. 
Məsələ ilə bağlı Bakıda yerləşən bir neçə iri aptek şəbəkəsinə müraciət etdik. Apteklərdən verilən məlumatda da bu preparatın artıq satış üçün gətirilmədiyi təsdiqləndi. Nə vaxt gətiriləcəyi ilə bağlı da bir məlumatın olmadığı bildirildi. 
Apteklərdə "Nurofen" dərmanlarının çatışmazlığı məsələsinə aydınlıq gətirmək üçün Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə də sorğu ünvanladıq.

AEM-in İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Mətin Məcidli “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirdi ki, ölkəyə “Nurofen” dərmanı bir neçə çeşiddə idxal olunur: ““Nurofen” sirop: oktyabr ayı ərzində iki dəfə - 17 oktyabrda və 24 oktyabrda idxal üçün müraciət edilib. Birinci tarixdə 7320, ikincidə isə 7380 qutu siropun ölkəyə idxalına icazə verilib. 
“Nurofen” express 200 mq, kapsul: 23 sentyabrda idxal üçün müraciət olunub və 1008 qutu dərmanın ölkəyə idxalına icazə verilib. 24 oktyabrda son müraciət olunub və 720 qutu dərmanın ölkəyə idxalına icazə verilib.
“Nurofen” 200 mq, tablet: 21 iyulda idxal üçün müraciət olunub və 21 888 qutu dərmanın ölkəyə idxalına icazə verilib. 10 oktyabrda idxal üçün müraciət edilib və 2304 qutu dərmanın ölkəyə idxalına icazə verilib”. 
Qurumdan bildirilib ki, AEM-in funskiyasına yalnız ölkəyə idxal olunan dərman vasitələrinin laborator analizi və sənədlərinin uyğunluğunu yoxlamaq daxildir. “Qafqazinfo”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar