Sizin Reklam Burada
Xəbər lenti
25-12-2025
24-12-2025
BÜTÜN XƏBƏRLƏR

Ayaqlarınızın daim üşüməsi hansı xəstəlikdən xəbər verir?

Tarix: 04-11-2022 19:35     Baxış: 4394 A- / A+
Ayaqlarda üşümək hissi diabet və vegetativ disfunksiyanın səbəbi ola bilər.
Manevr.az xəbər verir ki, bu barədə Hemotest laboratoriyasının nevroloqu, tibb elmləri namizədi Yekaterina Demyanovskaya danışıb.
"Ayaqlarda soyuqluq hiss etmək müxtəlif səbəblərdən yarana bilər: dəmir çatışmazlığı anemiyası, ateroskleroz, şəkərli diabet, vegetativ disfunksiya, hiperhidroz, hipotiroidizm və qan təzyiqinin aşağı olması. Diaqnozu dəqiqləşdirmək üçün xəstə hərtərəfli müayinədən keçməlidir.
Bunun üçün ilk növbədə qan analizi vermək lazımdır. Hemoqlobin səviyyəsi aşağıdırsa, bu, dəmir çatışmazlığı anemiyasının bir əlaməti ola bilər. Bu vəziyyət vegetarianlar üçün xüsusilə təhlükəlidir, çünki onların pəhrizində dəmirlə zəngin ət yoxdur.
Sonra mümkün qan dövranı pozğunluqlarını müəyyən etmək üçün damarları yoxlamaq lazımdır. Bundan əlavə, qanda qlükoza səviyyəsini və pankreas funksiyası ilə əlaqəli göstəriciləri araşdırmağı tövsiyə edirəm. Məhz bu testlər insanlarda şəkərli diabeti təyin etməyə imkan verir", - o, açıqlamasında qeyd edib..
Mütəxəssis əlavə edib ki, gənclikdə ayaqların mütəmadi olaraq donması vegetativ funksiyaların pozulması və ayaqların həddindən artıq tərləməsi ilə izah edilə bilər. Bu xəstəliklərdən şübhələnirsinizsə, cinsi hormonlar və tiroid hormonları ölçülməlidir.“publika.az”

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar