Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Telefonların gözlərə təsiri: Mif və həqiqətlər - ŞƏKİL

Tarix: 11-10-2022 19:58     Baxış: 3422 A- / A+

“Cihazların görmə qabiliyyətinə mənfi təsiri çox şişirdilib”.
Manevr.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı göz həkimi, tibb elmləri doktoru Tatyana Şilova bildirib.Həkimin sözlərinə görə, insanlar bəzən kompüterdən və ya cihazlardan uzun müddət istifadə etdikləri üçün görmə qabiliyyətinin pisləşdiyini düşünürlər, ancaq bu, yalnış fikirdir.
“Əslində göz xəstəliklərinin təxminən 80 faizi genetikadan qaynaqlanır, xarici mühitin təsiri çox azdır. Bəzi pis vərdişlər - məsələn, həyat tərzi, yemək seçimləri - görmə qabiliyyətinə mənfi təsir göstərə bilər, lakin cihazlarla işləməyin zərəri çox şişirdilir. Kompüterdə müəyyən fasilələrə 8-9 saat işləmək yetkin insanın gözünə tamamilə normal yükdür; bu, artıq bir çox araşdırma ilə təsdiq edilib”, - deyə həkim bildirib.
339866
Bununla belə o, uşaqların bu məsələdə istisna olduğunu vurğulayıb:
“Cihazlar onlara zərər verə bilər. Gözlər 18 yaşına qədər formalaşır, buna görə uşaqlıqda görmə yükü ciddi şəkildə dozalanmalıdır. Uşaq cihazla işləmək üçün hər iki-üç saatdan bir fasilə verməlidir. Fasilələr zamanı fokus uzunluğunu dəyişdirməyə imkan verən məşqlər mütləqdir”, - deyə həkim qeyd edib.
339867
Həkim ən sadə məşqlərdən biri kimi “Şüşə üzərində işarə”ni qeyd edib. Onu yerinə yetirərkən yaxınlıqdakı obyektə bir neçə saniyə baxmaq, sonra eyni görmə xəttində yerləşən uzaqdakı obyektə baxmaq və bunu bir neçə dəfə təkrarlamaq lazımdır. Bunun sayəsində gözlər bir neçə dəfə fokus uzunluğunu dəyişir və məşq edir.
339869
“Göz sinir sisteminin bir hissəsidir. Buna görə də, beyin daxilində baş verən hər şey görmə keyfiyyətinə təsir edə bilər. Gözlərin tamamilə sağlam olmasına baxmayaraq, insanın tam korluq hissi yaşaya biləcəyi vəziyyətlər də olur”, - deyə oftalmoloq xəbərdarlıq edib.
Onun sözlərinə görə, stressli vəziyyət təkcə xroniki xəstəliklərin kəskinləşməsinə mənfi təsir göstərmir, həm də görmə qabiliyyətinin qısa müddətli azalmasına səbəb ola bilər.
“Buna görə düzgün həyat tərzi sürməyə çalışın, duyğularınızı idarə edin və bunu özünüz həll edə bilmirsinizsə, mütəxəssislərdən kömək istəyin”, - deyə Şilova yekunda tövsiyə edib.
 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar