Hollandiya alimləri bu mexanizmin necə işlədiyini dəqiq öyrənməyi qərara alıblar.
Onlar doğuşdan sonrakı ananın bioloji və psixoloji stressinin ana südünün yağ turşularının tərkibinə təsirini öyrəniblər. Məlumdur ki, yağ turşuları uşağın sağlam inkişafı üçün vacibdir və onların qida rasionunda qeyri-kafi miqdarda olması sonrakı həyatda müxtəlif xəstəliklərin riskini artırır.
Qadınlar narahatlıq səviyyələrini, doğuşdan sonrakı depressiyanı və yemək vərdişlərini müəyyənləşdirməyə kömək edən bir anket doldurublar. Saç, tüpürcək və təbii ki, ana südü nümunələri də toplanılıb.
Tədqiqat göstərib ki, ana südündəki yağ turşularının aşağı səviyyədə olması uşağa stress siqnallarını ötürə bilər.lent.az