Alkoqol birinci növbədə psixoaktiv maddə olaraq mərkəzi sinir sisteminə təsir göstərir və davamlı istifadə olunduğu halda ilk olaraq baş beyində bərpa olunmaz üzvi dəyişikliklərə səbəb olur.
Manevr.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov alkoqol asılılığının zərərlərindən danışarkən deyib. O bildirib ki, alkoqol asılılığı son nəticədə yaddaş pozulmasına (psixoorqanik sindrom) və digər əqli problemlərə gətirib çıxara bilər:
Xəbər lenti
Alkoqol asılılığı hansı xəstəliklərə səbəb olur?- Həkim açıqladı
"Daha ağır hallarda beyində atrofik proseslərin yaranmasına, həmçinin periferik sinir sisteminin xəstəliklərinə (nevrit, polinevrit, neyropatiya) səbəb ola bilər. Daha ağır hallarda baş beyində atrofik gətirib çıxara bilər. Periferik sinir sistemi tərəfindən polinevritlər qeyd olunur. Ümumiyyətlə orqanizmin bütün orqan və sisitemləri zərər çəkir: ürək damar sistemi (alkoqol miokardiodistrofiya), qaraciyər (qaraciyər serrozu), böyrəklər (xroniki böyrək çatışmazlığı).
Baş direkorun sözlərinə görə, alkoqolun insanın psixikasına təsirinin ən ağır fəsadlarından biri də şəxsiyyətin spesefik alkoqol deqradasiyasına uğramasıdır:
"Alkoqolun insan psixikasına bu təsiri başqa psixoaktiv maddələrdən fərqli olaraq daha tez inkişaf edir və şəxsiyyətin daha dərin pozuntularına səbəb olur. Xəstədə öz vəziyyətinə, ətrafında yaranmış situasiyaya tənqidi münasibəti zəifləyir. Müalicə və reabilitasiya prosesində xəstənin fəal iştikarı tələb olunur. Bunun üçün ilk növbədə pasient öz asılılığını etiraf etməlidir. Bu halda o alkoqol asılılığından azad ola bilər.
Respublika Narkoloji Mərkəzinin Ambulator reabilitasiya şöbəsinə mərkəzdən evə yazıldıqdan sonra bir çox pasientlər qrup və fərdi terapiyalarda iştirak etmək üçün müraciət edirlər. Reabilitasiya kursunun əsas məqsədi bu şəxsləri yenidən cəmiyyətə inteqrasiya etməsidir".

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar