Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Onkoloji klinika bağlanmaq üzrədir - Deputatdan çağırış

Tarix: 20-09-2022 18:43     Baxış: 3510 A- / A+

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov onkoloji xəstəliyin müalicəsinin icbari tibbi sığorta çərçivəsində qarşılanmamasının səbəblərini açıqlayıb.
Manevr.az report-a istinadən xəbər verir ki, komitənin bugünkü iclasında çıxış edən Ə.Əmiraslanov onkoloji xəstəliklərin müalicəsinin çox bahalı olduğundan, bunu icbari tibbi sığortanın qarşılaya bilmədiyini deyib.
O qeyd edib ki, bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri ilə dəfələrlə müzakirə aparılıb:
“Lakin həmin xəstəliyin müalicəsi çox bahalıdır və icbari tibii sığorta bunun altına girə bilmir. Hər dəfə Azərbaycanda onkoloji xəstəliklərin müalicəsinə büdcədən ayrılan vəsaitin artırılması məsələsini qaldırıram. 10 ildir büdcədən onkologiyaya ayrılan vəsait 42 milyondur və artmır. Bu gün ölkədə böyük onkoloji klinikanın fəaliyyəti dayanmaq üzrədir. Çünki artıq oradakı avadanlıqların istifadə müddəti bitir. 10-15 ildir həmin avadanlıqlar dayanmadan işləyir. Amma büdcə müzakirələrində mən bu məsələni qaldıranda mənə deyirlər ki, dürüstləşmədə baxılacaq və s. Amma bu vəsait artmır. Digər tərəfdən büdcədən vəsaitin artması ilə bu problemin həlli mümkün deyil. Bunun həlli onkoloji xəstəliklərin də icbari tibbi sığorta vasitəsilə qarşılanmasıdır. Bu məsələ öz həllini tapmalıdır.
Tək bu xəstəlik də deyil. Bu gün başqa xəstəliklər var ki, icbari tibbi sığorta qarşılamır. Nəzərə almaq lazımdır ki, bu gün bir sıra xəstəlikləri icbari tibbi sığorta qarşılayır. Hətta orqan və toxuma köçürülməsinin bir hissəsini icbari tibbi sığorta çərçivəsində ödənilir. Bu da müsbət haldır. Biz növbəti dəfə agentliklə müzakirələrimiz zamanı insanları ən çox narahat edən sahələri müzakirə edəcəyik”.
Komitə sədri eyni zamanda əlavə edib ki, COVID-19 pandemiyası ilə bağlı Milli Məclisdə dinləmələr keçiriləcək:
“Koronavirus artıq sönməyə başlayıb, ancaq yenə də diqqətli olmaq lazımdır. Arxayınlaşmamalı və ehtiyatı əldən verməməliyik. Hesab edirəm ki, bu məsələ ilə bağlı dinləmələr keçirməyə ehtiyac var. COVID-19 ilə bağlı ölkədə olan vəziyyət və görülən tədbirlərə dair dinləmələrin keçirilməsi faydalı ola bilər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar