“Yeni tədris ilinin başlanılması ilə əlaqədar ümumtəhsil müəssisələrindən tələb olunan sağlamlıq haqqında arayışların verilməsi zamanı müraciətlərin çox olması səbəbindən tibb müəssisələrində sıxlıq müşahidə olunur. Hazırda növbə prinsipi əsasında arayışların verilməsi həyata keçirilir”.
Manevr.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, daha çox sıxlığın qeydə alındığı Abşeron Rayon Mərkəzi Xəstəxanasında 3 qeydiyyatçı, pediatr, nevropatoloq, oftalmoloq, cərrah, kardioloq olmaqla 17 həkim, rentgen və qan kabinetləri üzrə isə 7 tibb işçisi 1 000-dən çox müraciət üzrə xidmət göstərməkdədir.
Yaranan sıxlıqla əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov Abşeron Rayon Mərkəzi Xəstəxanasında olub, xidmətin təşkili ilə yerində maraqlanıb, irad və tövsiyələrini bildirib. Eyni zamanda, Vüqar Qurbanov Abşeron Rayon Mərkəzi Xəstəxanasının və TƏBİB-in aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tibbi xidmətin təşkili və çatışmazlıqların aradan qaldırılması ilə bağlı tapşırıqlar verib.
“Valideynlərdən müraciətin çox olmasını və arayışların verilməsi üçün uşaqların zəruri tibbi müayinələrdən keçmələrinin müəyyən zaman tələb etdiyini nəzərə alaraq məsələyə həssas yanaşmalarını və səbirli olmalarını xahiş edirik”, – məlumatda deyilir.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar