Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Soyuq havalarda yoluxma arta bilər" - Baş infeksionist

Tarix: 06-09-2022 10:12     Baxış: 4454 A- / A+
"Soyuq havalarda yoluxma arta bilər" - Baş infeksionist
"Son həftələrdə yeni yoluxma halları artmışdır və buna  uyğun olaraq da aktiv xəstə sayının artmasını görürük. Lakin son günlərdə nisbi yüksək səviyyədə stabilləşmə qeyd olunur və hətta bəzi günlərdə infeksiyadan sağalanların sayı yeni yoluxanların sayını üstəlyir". 
Manevr.az bildirir ki, bunu lent.az-a Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. O bildirib ki, pandemiyanın erkən dövrləri ilə müqayisədə xəstəxanalara yatışların sayı bir o qədər artmayıb: 
"Bu və digər məlum səbəblərdən  qapanmalara zərurət duyulmur.Yoluxma sayının artımlarının müxtəlif səbəblərlə izah etmək olar. Çox güman ki, əsas faktorlar vaxt keçdikcə populyasion immunitetin zəifləməsi, virusun mutasiya etməsi, daha sürətli yoluxuculuq qabiliyyəti ilə seçilən "omikron" ştamının alttiplərinin dövriyyədə olması, əvvəllər əldə edilmiş immunitetdən müəyyən qədər yayınmadır". 
Onun sözlərinə görə, soyuq havalarda virus daha çox ötürülə bilər: 
"Üzümüzə gələn soyuq aylarda isə ümumiyyətlə virusun ötürülməsi üçün əlverişli şəraitin yaranacağı düşünülür. Qorunma tədbirləri eynidir, lakin əhalinin pandemiya təcrübəsi əsas götürülməklə tövsiyə xarakteri daşıyır və  bu tövsiyələrin əksəriyyət tərəfindən yerinə yetiriləcəyi təqdirdə bu tip alovlanmaları daha ağrısız başa vurmaq mümkün sayılır".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar