Xəbər lenti
İnsanlar neçə saat yatmalıdır?
Yuxu orqanizmin normal yaşaması üçün lazım olan mühüm fizioloji hadisədir. Sağlam insanlarda yuxunun optimal müddəti müxtəlifdir və yaş ötdükcə dəyişir.
Bəs, yaş qruplarına uyğun olaraq insanlar neçə saat yatmalıdır?
Yeni doğulmuş körpələr sutka ərzində 21 saat yuxu yatmalıdır.
6 aylıqdan 1 yaşına kimi uşaqlar 14 saat, 2-4 yaş arası isə 16 saat yuxuda olmalıdır. Bundan başqa, 12-15 yaş arası məktəblilər 9 saat, yetişkin və yaşlılar isə 7-8 saat aralığında yatmalıdır.
Lakin bəzi tarixi şəxsiyyətlər çox az yatırmış. Məsələn, Napaleon, Şiller, Höte sutkada 4-5 saat, Edisson isə cəmi 2-3 saat yatarmış.
Eyni zamanda, yuxu ilə bağlı da bir sıra gigiyena qaydalarına əməl etmək lazımdır. Axşam yeməyini yuxudan azı 2 saat qabaq yemək lazımdır ki, dolmuş mədə diafraqmanı yuxarıya basıb yatarkən rahat tənəffüs etməyə mane olmasın.
Yuxuya mane olan kənar qıcıqlandırıcılara parlaq işıq, səs, kəskin iylər, çox isti və ya çox soyuq temperatur aiddir. Təmiz havanın normal yuxu üçün əvəzolunmaz əhəmiyyəti olduğunu nəzərə alıb pəncərə və nəfəsliyi açıq qoyub yatmaq məsləhətdir. Beyinə qan normal gəlməsi üçün yastıq nə çox hündür, nə də çox alçaq olmamalıdır. Sağ böyrü üstə yatmaq məsləhətdir, çünki ürək sol tərəfdə yerləşir.
Spirtli içkilər içmək, səs-küy yuxu ilə ayıqlığın düzgün növbələşməsini pozur, sinir sistemini zəiflədir.
Yuxusuzluqdan yaxa qurtarmaq üçün hər gün yuxudan əvvəl təmiz havada gəzmək, ilıq vanna qəbul etmək, havası dəyişilmiş, nəfəslikləri açıq olan otaqda yatmaq lazımdır.lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar