Xəbər lenti
Zəif qan dövranı olanlar nə etməlidir?- Həkimdən tövsiyələr

Zəif qan dövranı ürək çatışmazlığının yaranmasına yol açan səbəblərdəndir.
Səhhətinizdəki ciddi problemləri aradan qaldırmaq və ürək fəaliyyətini qaydaya salmaq üçün mütləq qan dövranımızın yaxşı olmasına fikir verməliyik.
Uzman həkim qan dövranının yaxşı olması üçün nə etməli olduğumuzu bildirib:
- Aktiv olmaq lazımdır. Hər gün yarım saat yerimək və 15 dəqiqə qaçmaq, tənbəllik etməyib pilləkənlərdən istifadə etmək də buna daxildir;
- Siqaretə, artıq çəkiyə və stressə yox demək;
- Hərəkətsiz və oksigensiz qalmamaq;
- Sağlam qidalanmaq və yanlış olan yemək vərdişini dəyişmək.
Onun sözlərinə görə, qapalı məkanlar, daimi oturaqlı iş, yəni oksigen çatışmazlığı qan dövranının zəifləməsinə gətirib çıxarır.
"Rasionunuzda bütün taxıllar, somon, sardina, avokado, zeytun yağı, qoz, balqabaq toxumu, çiyələk və sitrus meyvələri, pomidor, qara kələm, brokoli, ispanaq, yumurta, adaçayı kimi qidalar yer alsın", - deyə Cabir Gülmalıyev əlavə edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































