Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Səhər bu dərmanları heç vaxt qəbul etmək olmaz – SƏBƏBİ AÇIQLANDI

Tarix: 18-08-2022 11:34     Baxış: 3371 A- / A+

Tibb elmləri doktoru, həkim toksikoloq Nima Maclisi səhər qəbul edilməməsi lazım olan beş fərqli dərmanla bağlı açıqlama verib.
Manevr.az-ın xarici mediaya istinadla xəbərinə görə, mütəxəssisin siyahısında birinci yerdə yuxululuğa səbəb olan və tez-tez yıxılumağa, ağız quruluğu və qəbizliyə səbəb olan siklobenzaprin, metokarbamol kimi dərmanlar var.
Həkimin xəbərdarlığına görə, bu dərmanlar ən yaxşısı yatmazdan əvvəl qəbul edilməlidir. O, anksiyolitik təsiri üçün tez-tez istifadə edilən kava pəhriz əlavəsi haqqında da danışıb. Təəssüf ki, onun istifadəsi konsentrasiya ilə bağlı problemlər yarada bilər. Səhər qəbul etməkdən çəkinin. Mütəxəsis yatmazdan əvvəl qəbul etməyi tövsiyə edir.
Toksikoloqun siyahısında növbəti yer beta-blokerlər və kalsium kanal blokerləri kimi antihipertenziv dərmanlardır, gün ərzində onların qəbulundan yayınmaq lazımdır.
”Bu dərmanları yatmazdan əvvəl qəbul etmək bəzi ürək-damar faydaları təmin edə bilər. Yan təsirlərdən biri də tez-tez yorğunluqdur. Buna görə də, bu dərmanları səhər qəbul etmək bu təsiri gücləndirə bilər", - həkim vurğulayıb.
Doktor Maclisi həmçinin bildirib ki, xolesterin dərmanlarının ən yaxşı şəkildə axşam qəbul edilməsi məsləhətdir, çünki xolesterinin çoxunun səhər saatlarında əmələ gəldiyi düşünülür.
“Bir qayda olaraq, onların əksəriyyəti yuxululuğa səbəb olur. Onları yatmazdan əvvəl qəbul etmək gün ərzində bir çox arzuolunmaz yan təsirlərin qarşısını almaq üçün məna kəsb edir", - mütəxəssis qeyd edib./lent.az
Manevr.az









Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar