Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Təcili yardım evdə meymunçiçəyi testi götürürmü? - Nazirlikdən AÇIQLAMA

Tarix: 02-08-2022 18:41     Baxış: 4378 A- / A+
Təcili yardım evdə meymunçiçəyi testi götürürmü? - Nazirlikdən AÇIQLAMA
Meymunçiçəyi epidemiya vəziyyətini alıb. Avropada minlərlə insanda yoluxma var.
 
Azərbaycanda hələ ki, rəsmi olaraq meymunçiçəyinə yoluxma aşkarlanmayıb.
 
Amma bir çox həkimlərin dediyinə görə, poliklinikalara suçiçəyi əlamətləri ilə xəstələr gəlir, onlara isə adi suçiçəyi diaqnozu qoyulur.
 
Bəs insan özündə meymunçiçəyi əlamətləri hiss edərsə, dövlət hesabına harada, necə test verməlidir? Koronavirusda olduğu kimi bu dəfə də təcili yardım xidməti xəstə evdən çıxmadan ünvanda bu testi götürəcəkmi?
Məsələ ilə bağlı Səhiyyə nazirliyinə sorğu ünvanladıq.
 
Manevr.az
-ın məlumatına görə, nazirlikdən bakupost.az-a bildirildi ki, meymunçiçəyinin diaqnostikası yalnız Səhiyyə nazirliyinin tabeliyində olan Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində aparılır.
 
"Meymuçiçəyi xəstəliyinin diaqnostik testlərinin alınıb ölkəyə gətirilməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) müraciət olunub. ÜST tərəfindən ölkəmizə gətirilən 3 min diaqnostik test Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə təhvil verilib və ordadır. Hələ ki, Təcili Yardım meymunçiçəyi ilə bağlı test götürə bilməz. Buna görə təcili yardıma çağırış qəbul olunmur. Əgər vətəndaş özündə meymunçiçəyinin əlamətlərini hiss edərsə, o zaman yaşayış yeri üzrə tibb müəssisəsinə, polilinikaya, ailə həkiminə müraciət etməlidir.
 
Şübhəli hal olarsa, həmin şəxsdən nümunələr götürülüb, Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilir. Cavablar çıxana kimi şübhəli şəxs evdə təcrid olmalıdır".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar