Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan dünyada koronavirusla mübarizədə ön sıralarda qərarlaşıb

Tarix: 01-08-2022 08:46     Baxış: 3349 A- / A+

Azərbaycan dünyada koronavirusla mübarizə aparan ölkələrin siyahısında ön sıralardan birində qərarlaşıb.

Manevr.az-ın məlumatına görə, bu barədə "report” bir sıra ölkələrin koronavirusla mübarizə, yoluxma statistikasını qeydə alan təşkilatlarının, səhiyyə qurumlarının siyahılarına, habelə nüfuzlu xəbər agentliklərinə istinadən xəbər verir. Bəzi xarici qeyri-hökumət təşkilatlarının, səhiyyə mərkəzlərinin açıqladıqları statistikalarda Azərbaycanda həm region, həm də ayrı-ayrı ölkələrin COVID-19-dan sağalma statistikasının yüksək olduğu qeyd edilir.

Pandemiya ərazində dünya ölkələrinin koronavirusa yoluxma, ölüm və sağalma ilə bağlı statistikalarını fasiləsiz təqdim edən məşhur "Worldometers” portalının dünya ölkələrinin siyahısında Azərbaycanda 786 682 nəfərin COVID-19-dan sağaldığı qeyd edilir. Siyahıda 77-ci olan Azərbaycan əhali sayına görə, ölkəmizdən bir neçə dəfə kiçik olan Ermənistanı (2, 9 milyon nəfər) bəzi parametrlərə görə üstələyir. Belə ki, bir müddət əvvəl adambaşına yoluxma sayına görə dünyada birinci olmuş Ermənistanda 8 633 nəfər COVID-19-dan ölüb, 412 661 nəfər sağalıb. Bu əhalisinin sayı az olan ölkədə faiz nisbəti ilə yüksək göstəricidir.

Bir milyon 675 min 265 nəfərin koronavirusa yoluxduğu Gürcüstanda isə 16 854 nəfər (Azərbaycanda 9 748 nəfər) koronavirusun qurbanı olub.
Yeri gəlmişkən, region ölkələrindən Rusiya ən çox yoluxma üzrə siyahıda 9-cu (18 589 221 nəfər), Türkiyə 10-cu (15 889,495), İran 17-cidir (7 391 026).

ABŞ-ın KİV və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən məşhur Cons Hopkins Universitetinin koronavirusun ən çox yayıldığı, təhlükəli ölkələrin siyahısında Azərbaycan 99-cu yerdə qərarlaşıb. Siyahıda Rusiya təhlükəli ölkə baxımından 25-ci, Gürcüstan 64-cü yerdə yer alıb.

Qeyd edək ki, daha əvvəl "Reuters", "Sinxua" da daxil olmaqla, dünyanın bir sıra nüfuzlu xəbər agentlikləri region və digər ölkələrlə müqayisədə Azərbaycanda həyata keçirilən bir sıra tədbirlər nəticəsində koronavirusa yoluxma və ölüm sayının az olduğunu vurğulayıblar.

Koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar