Xəbər lenti
Sərt karantinə qayıdış ərəfəsindəyik? - COVID-19-un 6-cı dalğası
Xatırladaq ki, TƏBİB, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ötən həftəki açıqlamasında yoluxmanın 48 faiz artdığı bildirilib. Rəsmi qurumlar əhalini yenidən peyvəndlənməyə, ehtiyatlı olmağa çağırıb, hətta karantin qaydalarının yenidən sərtləşdirilməsi ehtimalını dilə gətiriblər. Ötən gün isə Səhiyyə Nazirliyi əhaliyə etdiyi müraciətdə qapalı məkanlarda və ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyi tövsiyə edib.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev açıqlamasında deyib ki, Avropa virusoloqları ilk dəfə iyunun sonunda Hindistanın bir neçə bölgəsində aşkar edilən və digər ölkələrdə yayılan COVİD-19-un “Omikron” ştamının yeni variantının (BA.2.75) ortaya çıxmasından narahatdırlar: “BA.2.75 variantı Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) tərəfindən diqqətlə izlənilir və hazırda nəzarət altındadır. Virusologiyanın tarixinə nəzər saldığımız zaman görürük ki, bəzi mutasiyalar virusun xüsusiyyətlərində dəyişikliklərə səbəb ola bilər. Mutasiyalar arasında virusun necə ötürüldüyü(daha sürətli yayıla bilməsi) və ya səbəb olduğu xəstəliyin şiddəti(daha ağır xəstəliyə səbəb ola bilər) araşdırılır. Virusun ilkin ştamlarında da eyni mənzərəni gördük. Nəzərə almaq lazımdır ki, koronavirusun öldürücülük qabiliyyəti azalarkən, yoluxuculuq qabiliyyəti artır".
“"Omikron” variantına yoluxma bir çox insanda boğaz ağrısı, burun axması və baş ağrısı kimi ümumi soyuqdəyməyə bənzər simptomlarla müşayiət olunur. COVİD-19-un ilkin mutasiyalarına aid olan iybilmə və ya dad hissinin yoxa çıxması, öskürək və qızdırma kimi simptomlar hələ də yoluxmanın əsas əlamətləri hesab olunur. Koronavirusun “Delta” və “Omikron” ştamlarının müqayisəsi onu göstərir ki, “Delta”da ölüm nisbəti daha yüksəkdir. Vətəndaşlara koronavirusun yeni dalğasından qorunmaq üçün hamımızın bildiyi gigiyenik qaydalara riayət edilməsinə(tez-tez əlləri yumaq və ya antiseptik vasitələrdən istifadə) davam etməyi tövsiyə edirəm. Ciddi zərurət yaranmadığı halda insanlar kütləvi toplaşma məkanlarından çəkinsinlər. Eyni zamanda vətəndaşlara qapalı məkanlarda, həmçinin ictimai nəqliyyatda sıxlıq olduğu təqdirdə qoruyucu maskalardan istifadə etmələrini məsləhət görürəm", - deyə həkim əlavə edib.
Qeyd edək ki, son vaxtlar dünya ölkələri üzrə koronavirus infeksiyasına yoluxma sayında da artım müşahidə edilir. Ümumdünya Səhiyyə Təşkiatının (ÜST) açıqladığı rəqəmlərə görə ötən gün ən yüksək yoluxma ABŞ-da (136 min nəfər), Almaniyada (110 min nəfər), İtaliyada (109 min nəfər), Braziliyada (65 min nəfər) və Hindistanda (20 min nəfər) qeydə alınıb. Qonşu ölkələrdən Gürcüstanda 5 min nəfər, Türkiyədə 4 -10 iyul tarixləri arasında 117 min 95 nəfər, İranda 5 min nəfər, Ermənisnda isə 542 nəfər koronavirus infeksiyasına yoluxub.
Tibb Elmləri doktoru, professor Musa Qəniyev bildirib ki, “Omikron”un BA.4 və BA.5 ştammları pandemiyanın təkrar alovlanmasına səbəb ola bilməz: "Pandemik alovlanmaya səbəb olan hər bir virus infeksiyasının gedişi, “mütləq təhlükəlilik həddi” sayılan 2 əsas parametrlə- yoluxduruculuq (Ro indeksi) və letallıq (ölüm törətmə) əmsalı ilə dəyərləndirilir. Sönməsi 4 fəsli növbələşmə müddəti ilə dəyərləndirilən viral pandemiyaların başa çatmasının əsas şərti, məlum virusun dövrü mutasiya edərək, yoluxduruculuq qabiliyyətinin artması fonunda, letallıq əmsalı sıfırlanan mutantının əmələ gəlməsidir. Bu halda S-spayka zülalında baş verən mutasiya səbəbindən, yoluxma baş verənə qədər, yeni mutantı, formalaşan immunitetin tanımaması tamamilə qanunauyğun bir haldır. Spayka zülalında mutasiya ona görə baş verir ki, virus immun sistemdən yayınaraq, hüceyrəyə daxil olsun və simbioz birgə yaşamaya təminat verəcək şəklə düşənə qədər, RNT-nin letallıq mutasiyasına məruz qalsın".
Professoor qeyd edir ki, bu, təbiətin hakim “birgə yaşam” qanunudur: "Yəni bu, mütləq haldır. Bütün pandemiyalar zamanı belə olub və belə də olacaq. Məsələn, "Herpes" virusu artıq demək olar ki, hamıda var və bizimlə simbioz yaşayır. Və ya zamanında öldürücü, hazırda isə, unudulmaqda olan "Ebola" virusu və s. Ana virusun dövrü mutasiyası nəyə görə qorxulu deyildi? Çünki, orqanizmin xüsusi immun hüceyrələri olan limfositlər onunla ilkin qarşılaşma(xəstələnmə və ya peyvənd olunma) zamanı, virusun sürət əksinin total subvahidi (örtük təbəqə, matriks, nukleoprotein sırası və spayka zülalı), gen yaddaşına həkk olan, spesifik antitellər (B yaddaş hüceyrələri) sintez edir. Bu hüceyrələr “yaddaş kartını” demək olar ki, ömürlük, yəni insan dünyasını dəyişənədək saxlayır. Odur ki, BA.4 və BA.5 ştammını immun sistemin tanımaması dedikdə, burada immunitetin yalnız S-spayka zülalını tanımaması başa düşülməlidir, bütövlükdə virusu deyil. İmmunitet virusu total subvahid şəklində, yalnız hüceyrə ona yoluxduqdan sonra tanıyır və onunla aktiv şəkildə mübarizə apararaq onu neytrallaşdırır. Odur ki, BA.4 və BA.5 ştammına yoluxma, hazırda ÜST-ün də etiraf etdiyi kimi adi soyuqlama kimi keçməlidir və keçir".
M.Qəniyevin sözlərinə görə, bu ştammların hətta hansısa bir ciddi narahatlığa səbəb olacağını düşünmək belə mənasızdır: "Belə bir şey ola bilməz. "Omikron" ştammı mutantlarının dövri izlənməsi də bu qanunauyğunluğu təsdiq edir. Aktiv domendə baş verən və BA.5 ştammın BA.4-dən nisbətən daha yoluxucu, lakin patogenliyi daha zəif olmasına xidmət edən aminturşu itkisidir. Odur ki, bu mutantlar pandemiyanın alovlanması yox, sönməsinin təsdiqidir"./"AzPolitika.info"
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar