Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Darçın hüceyrələrin qocalma prosesini ləngidir

Tarix: 13-07-2022 09:17     Baxış: 3387 A- / A+
Darçın hüceyrələrin qocalma prosesini ləngidir
Darçın hüceyrələrin qocalma prosesini azaldır, yəni bədənimizin gəncliyini uzadır. Darçın infarkt və insulta səbəb olan qan laxtalarının və ya qanda trombların inkişafının qarşısını alan təbii antikoaqulyantdır. Darçının özündə iltihabla aktiv mübarizə aparan flavonoidlər var.
Manevr.az AzərTac-a istinadən xəbər verir ki, terapevt və diyetoloq Yelena Tixomirovanın sözlərinə görə, insan orqanizmində darçının qəbulu sayəsində müxtəlif toxumalarda azot oksidinin sintezi prosesi güclənir. Bununla da, qocalmanın sürətlənməsinə səbəb olan və müxtəlif növ xəstəliklərin riskini artıran sərbəst radikalların hücumlarından müdafiə təmin edilir. Sərbəst radikallar və oksidləşdirici stres bədənimizdə xəstəliklərin və məkrli patologiyaların əsas səbəbləridir. Darçın qanı daha axarlı edir, onun antitrombotik təsiri elmə yaxşı məlumdur.

Bəlkə də darçının ən dəyərli faydalarından biri bədəndə demək olar ki, bütün hüceyrələrinin qocalma proseslərini ləngitmək qabiliyyətidir. Ancaq bu hərəkətə yalnız ümumilikdə sağlam pəhrizə riayət edilməsi təqdirdə nail olmaq olar. Diyetoloq hesab edir ki, sizin qida rasionunuz əsasən fastfud, un məhsulları və qırmızı ət kimi yeməklərdən ibarətdirsə, o zaman hətta darçın belə kömək etməyəcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar