Xəbər lenti
TƏBİB COVİD-19-la bağlı əhaliyə müraciət etdi

Manevr.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Qeyd edilib ki, dünyada indiyədək 6.37 milyon insan COVID-19-dan ölüb. Azərbaycanda isə bu rəqəm 9 719-dur:
"Koronavirusa yoluxma saylarında artımları nəzərə alaraq, əhalini bir daha diqqətli olmağa çağırırıq - Sabun, su və ya spirt tərkibli antiseptik vasitə ilə tez-tez əllərinizi yuyun; Öskürərkən və ya asqırarkən ağzınızı bükülmüş dirsək və ya salfet parçası ilə örtün, daha sonra isə həmin salfet parçasını dərhal bağlı zibil qutusuna atın; Başqaları ilə aranızda ən az 1 metr məsafə saxlayın; Telefonlar, qapı dəstəkləri kimi tez-tez toxunulan səthləri müntəzəm olaraq təmizləyin və dezinfeksiya edin; Qapalı məkanları tez-tez havalandırın; Kütləvi toplaşma hallarından yayının, bunun mümkün olmadığı zaman maskadan istifadə edin; İkinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq gücləndirici (“buster”) doza ilə peyvəndlənin".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar