Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Dünyanın ən böyük bakteriyası aşkar edildi

Tarix: 24-06-2022 11:39     Baxış: 4457 A- / A+

Alimlər Qəraib dənizindəki manqrov bataqlığında dünyanın ən böyük bakteriyasını aşkar ediblər. Bakteriyaları görmək üçün həmişə mikroskopdan istifadə edilib, lakin bu kəşflə aydın olub ki, sən demə onları gözlə də görmək olar.

Dəniz bioloqu Jan-Mari Volland təxminən insan kirpikləri ölçüsündə olan bakteriyanın bu günə qədər elmə məlum olan ən böyük bakteriya olduğunu bildirib. 
Kəşflə bağlı məqalə cümə axşamı “Science” jurnalında dərc olunub. Dəniz bioloqu və kəşfi edən Olivier Gros 2009-cu ildə bu böyük bakteriya ilə bataqlıqda rastlaşıb. 
Olivier Gros və həmkarları əvvəlcə "möhtəşəm kükürd mirvarisi" adını verdikləri 0,9 santimetr uzunluğundakı sapvari quruluşu böyük olduğu üçün bakteriya olduğunu anlamayıblar. 
Gros və həmkarları çürüyən manqrov yarpaqları üzərindəki bu uzun saplı quruluşun lazımi genetik analizlərini tamamlandıqdan çox sonra əslində onun bakteriya olduğunu başa düşüblər. Ətraflı genetik analiz nəticəsində orqanizmin tək bakteriya hüceyrəsi olduğu üzə çıxıb.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar