Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bu şəxslərə pulsuz dərmanlar verilir

Tarix: 06-06-2022 11:54     Baxış: 4427 A- / A+

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yaradılmış müvafiq komissiyanın fəaliyyəti çərçivəsində cari ilin aprel-may ayları ərzində 40 nəfər hepatit B və C xəstəsi müalicəyə cəlb olunub və ödənişsiz dərman preparatları ilə təmin edilib.
Agentlikdən verilən məlumata görə, təchiz edilən dərman preparatları “B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiya”nın qərarına əsasən və müasir kliniki protokollara uyğun olaraq təyin olunur.
Qeyd edək ki, hepatit B virusunun müalicəsi üçün pasiyentlərə “Tenofovir”, hepatit C virusuna qarşı üçün isə “Sofosbuvir” və “Daklatasvir” dərman preparatları verilir.
Kliniki Tibbi Mərkəzdə fəaliyyət göstərən Komissiya tərəfindən bu ilin aprel-may ayları müddətində ümumilikdə 83 vətəndaş qəbul edilib.
Onlardan 40 nəfərin müalicəyə cəlb olunmasına dair qərar qəbul olunub və həmin şəxslər dərman preparatları ilə təmin ediliblər. 30 nəfər müvafiq müayinələrə göndərilib və müayinə nəticələri əsasında onlara müalicənin təyin olunub-olunmaması barədə qərar veriləcək. 9 nəfərə hazırda müalicəyə ehtiyac olmadığı bildirilib və onlara həkim müşahidəsi altında qalmaları tövsiyə olunub. 4 nəfərin isə xəstəlikdən sağaldığı aşkarlanıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar