Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

“Haradan uydururlar bilmirəm” - Çörəkdən imtina edənlər nələri itirir?

Tarix: 01-06-2022 18:44     Baxış: 3461 A- / A+

Son zamanlar əksər həkimlər, dietoloqlar çörək yeməyin orqanizmə olduqca zərərli olduğunu bildirirlər. Buna görə də bir çoxları çörək yeməkdən imtina edir. 
Manevr.az xəbər verir ki, türkiyəli tanınmış professor Ender Saraçoğlu bu yanaşmanın səhv olduğunu iddia edib. 
Onun sözlərinə görə, çörəkdən tamamilə imtina etmək doğru deyil. Çünki bu qida deyilənlərin əksinə olaraq, kifayət qədər faydalıdır: 
“Son illər bir çox mütəxəssislər "çörək yeməyin" deyirlər, bu fikri haradan uydururlar bilmirəm. Çörəyi həyatınızdan qəti çıxarmayın. Bunu məsləhət görənlərə qulaq asmayın. Hətta çörəksiz pəhriz belə mümkün deyil. Mən gün ərzində 3 dilim dənli çörək yeyirəm”. 
Həkim bildirib ki, xüsusilə xərçəng xəstəliyindən və diabetdən əziyyət çəkənlərin çörəkdən istifadə etməsi məsləhətdir. 
“Çörək yüksək təzyiqin qarşısını alır, metabolizma xəstəliklərində qoruyucu və önləyici xarakter daşıyır”. 
Ender Saraçoğlu onu da qeyd edib ki, hazırlanan çörəyin təmiz buğdadan olması vacibdir. Bu onu həm vitaminli, həm də daha doyurucu edir. 
Bundan əlavə, qarğıdalı unundan hazırlanan çörəklər isə dəri xəstəliklərinə qarşı effektivdir. Belə çörəklərdən istifadə edən şəxslərin üzündə ləkələrə, sızanaqlara daha az rast gəlinir. Dərisinin gözəl olmasını istəyənlər qarğıdalı unundan hazırlanan çörəklərdən yeməlidirlər./Lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar