İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) tərəfindən Xidmətlər Zərfinə dəyişikliyin edilməsi barədə layihə hazırlanıb və aidiyyəti quruma təqdim olunub.
Manevr.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq İTSDA-dan məlumat verilib.
Bildirilib ki, layihədə 700 tibbi xidmətin Xidmətlər Zərfinə daxil edilməsi və beləliklə, ümumilikdə 3000-dən çox tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göstərilməsi nəzərdə tutulur.
Yeni tibbi xidmətlər limitli qaydada orqan transplantasiyası, ürək-damar cərrahiyyəsi, oftalmoloji və travmatoloji əməliyyatları əhatə edir. Bundan başqa, hazırda limit sayı 300 olan koxlear implantasiya və endoprotezləşdirmə əməliyyatlarının sayının müvafiq olaraq 400-ə və 1200-ə qədər artırılması təklifi irəli sürülüb.
Yeni Xidmətlər Zərfi təsdiqləndikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, Milli Məclisin mayın 31-də keçirilmiş plenar iclasında Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov çıxış edərək, bütün tibbi xidmətlərin icbari tibbi sığorta ilə qarşılanmalı olduğunu vurğulayıb.
Xəbər lenti
Bütün xəstəliklər Xidmətlər Zərfinə daxil ediləcək? - RƏSMİ

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar