Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Meymunçiçəyi sürətlə yayılacaq? - Həkim AÇIQLADI

Tarix: 01-06-2022 13:15     Baxış: 3411 A- / A+


“COVID-19 pandemiyasından sonra insanlarda meymunçiçəyi infeksiyası ilə əlaqədar narahatlıq artıb. İnsanlar düşünür ki, koronavirus bitmək üzrədir, lakin yeni bir virus gələ bilər. Bu da cəmiyyətdə həyəcana səbəb olur. Lakin narahatlığa əsas yoxdur”. 
Manevr.az xəbər verir ki, bunu punlika.az-a açıqlamasında həkim-infeksionist Vüqar Cavadzadə deyib. 
Həkim bildirib ki, meymunçiçəyi infeksiyası pandemiya xarakteri daşımır: “Afrikanın müəyyən ölkələrində endemik ocaqları var və meymunçiçəyi təbii ocaqlı bir infeksiyadır. Bu infeksiyanın mutasiyaya uğrayaraq yüksək sürətlə yayılması mümkün deyil. Tarixdə də meymunçiçəyi pandemiyası müşahidə edilməyib. Təbii çiçək xəstəliyinin pandemiyası olub. Hər iki virus bir qrupa daxil olsa da, müstəqil xəstəliklərdir”. 
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) insanlar arasında meymunçiçəyi xəstəliyinin yayılmasının tamamilə qarşısını almağın mümkün olmadığı fikrinə münasibət bildirən həkim qeyd edib ki, görünür, ÜST-də təmsil olunan bəzi rəsmilərin bu infeksiyadan xəbəri yoxdur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar