Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Uşaqlar niyə dırnaq yeyirlər, bunu necə tərgitmək olar?

Tarix: 30-05-2022 16:52     Baxış: 3425 A- / A+


“Dırnaq yemə vərdişi, adətən 3-4 yaşlarında başlayır və uşaqların 40 faizində müşahidə olunur. Qız uşaqlarının dırnaq yeməsinə daha çox rast gəlmək olur. Bunun ən başlıca səbəbi ailədaxili problemlərdir”.

Manevr.az xəbər verir ki, bu barədə pediatr Elşən Tağıyev danışıb. 
Onun sözlərinə görə, valideynlər arasında yaşanan problemlər , qısqanclıq, uşağın və ya valideynlərin onu daim danlaması, həddindən artıq narahat və qoruyucu olması, həm də ailədə dırnaq yemə vərdişinin olması buna səbəb kimi göstərilə bilər. 
“Zamanında tədbir görülməzsə dırnaq yemək vərdişi erkən yeniyetməlik dövrünə qədər davam edə bilər. Valideynlər erkən dönəmlərdə bu vərdişə diqqət yetirməli və uşağa zaman ayırmalı, onlara dırnaq yeməyin xoş davranış olmadığını, dırnaq yedikdə əllərinin səliqəsiz göründüyünü, tənqidi mövqe sərgiləmədən bu vərdişdən əl çəkməli lazım olduğunu bildirməlidirlər” – Tağıyev deyib.  
Onun fikrincə, uşağın diqqətini başqa şeyə cəlb etmək lazımdır: 
“Uşağın dırnağa qulluğu öyrənməsi və sevməsi üçün həvəsləndirici üsullardan da istifadə etmək olar. Bunun üçün uşağın bəyənəcəyi dırnaq qulluğu dəsti almaq, dırnaqları kəsib krem sürtmək faydalı olacaq. Bir mütəxəssis olaraq dırnağa vurulan acı dırnaq boyasını məsləhət görmürəm”. 
Bundan başqa, həkim valideynlərə uşaqlara qarşı heç vaxt inadkar olmamağı tövsiyə edib: “İnadkar olmaq vərdişin kök salmasına səbəb olur və sizi qəzəbləndirmək, narahat etmək üçün bir vasitə kimi istifadə olunur”./Lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar