Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Çox yatmağın orqanizmə 7 zərəri - Niyə həmişə yuxunuz gəlir?

Tarix: 25-05-2022 21:47     Baxış: 3425 A- / A+

Necə ki, yuxusuzluq, az yatmaq sağlamlığa zərərlidir, eləcə də çox yatmaq tibbi problemlər yarada bilir.

Manevr.az bakupost.az-a istinadən xəbər verir ki, hər bir insanın yaşı, aktivliyi, həyat rejimi və sağlamlığından asılı olaraq yuxu tələbatı var. Stress, depressiya, yaşlılıq zamanı insan yuxuya çox ehtiyac duyur.

15 yaşdan 50 yaşa kimi sağlam insanın yuxu norması 7-8 maksimum 9 saatdır.

Bəs nəyə görə bəzi adamlar yuxudan doymur, gecə gündüz yatır?
Səhhətində problemlər, yuxu pozulması məsələn hipersomniya olanlar gün ərzində yuxulu olur, gündə 10-12 saat yatır.
Onların enerjisi aşağı olur, yaddaş problemi yaranır, yuxu gələndə yatmayanda təşviş və həyəcan keçirirlər.

Qanazlığı olanlarda beyin enerjini qorumaq üçün yuxuya tələbatı artırır.
Yuxuda apnoe - yatarkən insanın qəfildən tənəffüsünün dayanmasıdır.
Belə adamlar da çox yatır.

Eləcə də bəzi dərmanların təsirindən, alkoqoldan insan çox yata bilər.
Alimlər sübut edib ki, az yatmaq və ya əksinə tez-tez və çox yatmaq şəkərli diabet riskini artırır və ya artıq bu xəstəliyin başladığını göstərə bilər.
Piylənmə - çox yatmaq piylənməni artırır. Sutkada 10 saat yatanlarda 21% daha tez-tez piylənmədən əziyyət çəkib.
Baş ağrıları – normadan çox yatanlarda daimi baş ağrıları olur. Bu, beyinin neyromediatorlarının pozulmasıdır.
Kürəkdə, onurğada ağrılar - təbii ki, yatmaq az hərəkətlilikdir.
Depressiya - Depressiyada olanlar digərlərindən 15% daha çox yatır. Bu psixoloji vəziyyəti daha da artırır.
Ürək xəstəlikləri – 71 min qadının analizi göstərib ki, sutkada 10 saat yatan qızlarda ürəyin işemik xəstəliyi artır.
Əgər siz daim yuxulusunuzsa, çox yatırsınızsa, bu yoxlanmaq üçün əsasdır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar