Xəbər lenti
“Meymun çiçəyi” virusunun epidemiya olma ehtimalı yüksəkdir” - Elmlər doktoru
Bu fikirləri "Report"a açıqlamasında Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib.
Azərbaycanlı alim bildirib ki, “Meymun çiçəyi” (monkeypox) virusu ilə bağlı media vasitəsilə sırf elmi əsaslı fikirləri və statistikaları səsləndirmək mütləqdir:
“Bu günə qədər olan statistikanı nəzərinizə çatdırım ki, virusa yoluxma Afrikanı çıxmaq şərtilə 37 nəfərdə təsdiqlənib və 71 nəfər hələ şübhəlidir. Bu günə olan yayılma coğrafiyasına nəzər saldıqda İngiltərə, Portuqaliya, İspaniya, Amerika, Kanada, İsveç, İtaliya, Belçika və Avstraliyanı əhatə etdiyi görünür. Qeyd olunan yoluxmalar hələ ki, Avropada daha çox 20-40 yaşlılar arasında, Kanadada isə 30-55 yaşlılar arasında çoxluq təşkil edir”.“Ümumiyyətlə, belə qəbul edilməlidir ki, COVID-19 pandemiyası zamanı buraxılan səhvlərə gələcəkdə yol verilməsin, səhiyyə sektoru inkişaf etmiş ölkələr müvafiq planlar hazırlamağa çalışsın. Bunu da təşkil etmək üçün vacib məqamlardan birincisi növbəti pandemiya zamanı hansı ssenari üzrə adekvat tədbirlər görülməlidir məsələsidir ki, bu istiqamətdə istər səhiyyəsi yüksək, istərsə də zəif inkişaf edən bütün ölkələrin tədbirlər planı işlənilən ssenariyə əsasən hazır olmalıdır. İctimai səhiyyə qanunlarını əsas tutaraq şəxsən mənim də COVID-19 pandemiyası dönəmində toxunduğum bu məsələ səhiyyəsi inkişaf etmiş bir çox ölkələrdə artıq yerinə yetirilib və növbəti pandemiya baş verərsə ssenarilər tam hazırdır. Buna baxmayaraq, hər kəs, ən çox da birbaşa xəstələrlə işləyən həkimlər COVID-19 pandemiyasından fərqli olaraq daha da ayıq olmalı və qeyri-adi dəri dəyişiklikləri olan xəstələrə xüsusi tibbi diqqət və xidmət göstərməlidirlər. Onlar bilməlidirlər ki, "Meymun çiçəyi" ilə yoluxma hallarının rast gəlinmə ehtimalı sıfır deyil və bu səbəbdən də xəstəlikdən xəbərdar olmalıdırlar” - o əlavə edib
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar