Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Dünyanı qorxuya salan "meymun çiçəyi" virusu: Əlamətləri nədir?

Tarix: 20-05-2022 10:10     Baxış: 3335 A- / A+
Dünyanı qorxuya salan
"Meymun çiçəyi” virusu hər 100 nəfər xəstədən 5-6 nəfərin ölümü ilə nəticələnir”.
 
Manevr.az
xəbər verir ki, bunu Bizim.media-ya açıqlamasında tibb elmləri doktoru, infeksionist Vüqar Cavadzadə Böyük Britaniya, Portuqaliya və İspaniyaya yayılan "meymun çiçəyi”nin əlamətləri barədə danışarkən deyib. İnfeksionist bidirib ki, hazırda Avropanı zəbt etməyə başlayan bu xəstəliyin ölkəmizə də çatmaq təhlükəsi var:
 
"Meymun çiçəyi” viruslar tərəfindən törədilir. Bu virus ilk dəfə keçən əsrin 50-cı illərində aşkar edilib. Əsasən də Afrika ölkələrinə yayılır. Meymun çiçəyinin əlamətləri insanın yoluxmasından iki həftə sonra özünü göstərir.
 
Ümumi əlamətlər, qızdırma, baş ağrısı ilə özünü göstərir. Əsas əlamətlərindən biri də səpkidir. Səpki tədricən inkişaf edib, irinləyir. Sağalmadan sonra da yerində çapığı qalır. Ağır hallarda xəstələrdə yüksək temperatur, infeksion toksiki şok baş verir. Ədəbiyyat məlumatlarına görə bu xəstəliyə tutulan hər 100 nəfərdən təxminən 5-6 nəfəri ölür”. 
Amma həkimin fikrincə, meymun çiçəyi pandemik infeksiya deyil:
 
"Tək-tək rast gələn xəstəlik olub. Avropada bu xəstəliyin yayılması elm və texnikanın infeksiyanın yayılmasında oynadığı rolla bağlıdır. İnsanların qarşılıqlı miqrasiyası, turistik səfərlər belə infeksiyaların dünyaya yayılmasına səbəb olur. Hələlik ölkəmizdə bu xəstəliyə rast gəlinməyib”. 
 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar