Xəbər lenti
Ay tutulması insan orqanizminə necə təsir edir? - Həkimlər AÇIQLADI
Manevr.az publika.az-a istinadən xəbər verir ki, bu barədə həkim-nevroloq, Avropa Nevroloji Akademiyasının üzvü Qalib Əsədov danışıb.
O bildirib ki, Günəş və Ay tutulmasının adətən orqanizmə hər hansı ciddi bir təsiri yoxdur:
“Sırf psixoemosional sferada təsiri var. İnsanlar qorxurlar ki, hansısa bədbəxtlik başına gələcək, hansısa fəlakətlə üzləşəcək. Nəticə etibarə ilə həyəcan keçirir və təşvişə düşürlər. Xüsusilə əgər bu barədə internetdə çox məlumatlar oxuyublarsa. Günəş və Ay tutulması haqqında çoxlu mistik miflər gəzir, təəssüf ki, insanlarımız elmdən çox mistikaya meyl edirlər. Odur ki, isterika yaranır, yuxuları qaçır. Tarix boyu dəfələrlə Günəş də, Ay da tutulub, göründüyü kimi, bəşəriyyət öz həyatına davam edir. Həyatımız göydəki cisimlərin necə olmasından asılı deyil, həyatımız ağıl, verdiyimiz qərar və düşüncələrimizdən asılıdır”.
Professor Adil Qeybulla isə qeyd edib ki, Günəş və Ay tutulması təbiət hadisəsidir və bunlar astrofizikanın qanunları əsasında baş verir:
“Bu, Ayın Yerlə Günəş arasında qalması zamanı Günəş diskini örtməsi hadisəsidir. O, müxtəlif variantlardan asılı olaraq tam hissəvi və həlqəvari ola bilər. Bu, uzun sürən proses deyil və Yer kürəsindəki canlılara, insan orqanizminə xüsusi bir təsiri yoxdur. İnsanlar göydəki hadisələrin qanunauyğunluğunu bilmədiyi dini xurafat dövründə buna mifik yanaşırdı. Odur ki, müxtəlif şayiələrin yaranmasına yol açırdı. Astrofizikanın qanunları tam dəqiqləşdikcə Göydə və Kainat haqqında elmi araşdırmalar artdıqca orada baş verən hadisələrin bütün mexanizmləri aydınlaşdı və aydın oldu ki, bu, bir təbiət hadisəsidir və Ay Günəş ətrafında fırlanır. Elə bir zaman gəlir ki, Ay Yerlə Günəş arasında qalır. Bu zaman Ay tutulması baş verir və müvəqqəti olaraq bu proses davam edir. Ay tutulmasının insan orqanizminə heç bir təsiri yoxdur, əksinə, müəyyən olunub ki, Ay Yerin bir peyki olaraq Yer kürəsindən təxminən 1 sm uzaqlaşmaqdadır. Gələcəkdə bunun neqativ nəticələri ola bilər, çünki Ayın özünün Yer kürəsindəki həyata çox böyük təsiri var. Amma fizioloji baxımdan danışırıqsa, canlılara elə bir neqativ təsirdən söhbət gedə bilməz. Bu, artıq aydınlaşdırılmış, dəqiq vaxtı bilinən bir məsələdir. Hələ bir neçə ay öncə demişdilər ki, bu il may ayının 16-da Bakı vaxtı ilə saat təxminən 8:12-də baş verəcək və belə də oldu”.
Məlumat üçün bildirək ki, ilin ilk Ay tutulması hadisəsi dünən saat 07:29-da başlayıb, saat 08:53-də sona çatıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar