Sizin Reklam Burada
Xəbər lenti
06-05-2024
05-05-2024
BÜTÜN XƏBƏRLƏR

Alimlər immuniteti gücləndirməyin asan yolunu tapdı

Tarix: 06-05-2022 18:08     Baxış: 3282 A- / A+

Yeni Zelandiya alimləri immunitet sistemini gücləndirmək üçün C vitamininin gündəlik qəbulunu hesablayıblar. Məlum olub ki, artıq çəkidən əziyyət çəkən insanlara sağlamlıqlarını yaxşı vəziyyətdə saxlamaq üçün gündə əlavə iki alma və ya limon lazımdır. Əvvəllər bədən çəkisinin artmasının C vitamininin aşağı olması ilə əlaqəli olduğu sübut edilirdi, lakin yeni araşdırma göstərib ki, askorbin turşusunun miqdarı da çəki artımına təsir edir. 
Manevr.az xəbər verir ki, bu barədə alimlərin fikirləri “Medical Xpress”də yayımlanıb.
“Hər 10 kiloqram artıq çəki üçün bir insana gündə əlavə 10 milliqram C vitamini lazımdır. Əldə edilən nəticələr bütün dünyada ictimai sağlamlıq üçün vacibdir. Xüsusilə hazırkı COVID-19 pandemiyası fonunda C vitamini immun sistemini dəstəkləmək və bədəni ağır viral xəstəliklərdən qorumaq üçün vacibdir.
Orta çəkisi 60 kiloqram olan bir insan gündə təxminən 110 milliqram C vitamini qəbul etməlidir – bu dozanı yalnız pəhrizi balanslaşdırmaqla əldə etmək asandır. Gündəlik C vitamini qəbulunu artırmaq asandır. Bu, C vitamini ilə zəngin qidalar və ya əlavələrlə edilə bilər”, – alimlər qeyd edib./Publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar