Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

30 yaşdan sonra belə ayaqqabı geyinməyin - XƏBƏRDARLIQ

Tarix: 15-04-2022 08:48     Baxış: 4362 A- / A+

İsti havaların başlaması ilə əlaqədar bir çox insanlar qış ayaqqabılarından mümkün qədər tez qurtulmağı və daha yüngül modellərə keçməyi xəyal edir, bir çoxları idman ayaqqabılarını seçir. Ancaq rahatlığına baxmayaraq, bu ayaqqabılar sağlamlığa zərər verə bilər. 
Bu barədə travmatoloq Yelena Pasternak xəbərdarlıq edib. 



“Kedlər çox məşhur ayaqqabılardır, lakin onların dabanı düz olduğundan ayağın topuğu düzlənir, ayaq yayılır, bu, təkcə ayağın özünə deyil, həm də iri oynaqlara və onurğa sütununa pis təsir edir. İdman ayaqqabısında ayağınızın altı çox tez düzləşir. Belə ayaqqabıları geyinmək istəyirsinizsə, mütləq ortopedik altlıqdan istifadə etməlisiniz, əks halda uzun müddət yeriyərkən narahat olacaqsınız, topuq oynaqlarınız, dizləriniz, kürəyiniz, beliniz yorulacaq və ağrıyacaq. Xüsusi içlik olmadan mən heç bir halda idman ayaqqabısı tövsiyə etmirəm”, - həkim “Sputnik” radiosuna müsahibəsində bildirib. 
Bundan əlavə, həkim idman ayaqqabıları üçün yaş məhdudiyyətlərinin olduğu barədə xəbərdarlıq edib: onları 30 yaşdan sonra geyinmək tövsiyə edilmir. Bu yaşda dekompensasiya baş verir – bağlar sərtləşir və sarsılmaz olur. Pasternak 30 yaşdan yuxarı insanlara ayağı yaxşı tutan 3-4 santimetrlik kiçik, sabit dabanlı ayaqqabılara diqqət yetirməyi məsləhət görüb.publika.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar