Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Azyaşlı uşaqların və yeniyetmələrin qəfil ölümünün səbəbi nədir? – Həkimdən AÇIQLAMA

Tarix: 11-04-2022 20:11     Baxış: 3266 A- / A+

Uşaqlar bizim gələcəyimizdir. Onların gümrahlığı bizim gələcəyimizin təməlinin sağlam olması deməkdir. Lakin indiki dövrdə tam sağlam uşaq tapmaq çox çətin məsələdir. Bununla yanaşı son dövrlərdə uşaqların və yeniyetmələrin qəfil ölümü adi hala çevrilib. Bəs görəsən, uşaqların qəfil ölümünün səbəbi nədir?
Manevr.az xəbər verir ki, mövzu ilə bağlı konkret.az-a danışan həkim-terapevt Məlahət Abbasova bildirib ki, uşaqlar ildə iki dəfə həkim müayinəsindən keçməlidir: “Uşaq sağlam doğula bilər. Lakin bu o demək deyil ki, sonra onun müxtəlif sağlıq problemi yaranmayacaq. Təəssüf ki, bəzi valideynlər bu məsələdə məsuliyyətsiz davranırlar. Elə uşaq var ki,  bir müddət sonra onun beynində epileptik ocaqlar yaranır. Bəzi uşaqların ürəyində sonradan müxtəlif qüsurlar meydana çıxır. Ona görə də uşaqlar ildə iki dəfədən az olmamaq şərti ilə qanın ümumi analizini və sidik analizini verərək həkim müayinəsindən keçməlidir”.
Həkimin sözlərinə görə, əvvəlki dövrün uşaqları ilə müasir zamanın yeniyetmələrinin sosial həyatında xeyli fərqlər var: “Əvvəllər uşaqlar indiki qədər telefon və kompüter arxasında vaxt keçirmirdi. 50 il əvvəlin uşaqları heç televizora belə baxmırdı. O dövrdə uşaqların əksəriyyəti bütün günü həyətdə, bağ-bağçada oynayırdı. İndi valideyn özü rahatlığını təmin etmək üçün övladına telefon verir. İndi məktəbə gedənlərin dərs yükü də çox ağırdır. İnkişaf dövründə olan uşağın saatlarla gözünü telefona zilləməsi bir sıra sağlamlıq problemlərinə yol açır. Əksər uşaqlar axşam saat 10-11-ə kimi verilən ev tapşırıqlarını yazmaqla məşğul olur. Onların demək olar ki, istirahəti yoxdur. Amma mən öz uşaqlığımdan misal çəksəm deyə bilərəm ki, biz bir saata qədər bütün tapşırıqları bitirmiş olurduq. İndi yeniyetmələr günün böyük hissəsini hərəkətsiz qalır”.
Məlahət Abbasova — Terapevt | HekimTap
M.Abbasova qeyd edib ki, qəfil ölümlərin əsas səbəblərindən biri də qida rejimidir: “Uşaqlarımızın böyük əksəriyyəti sağlam qidalanmır. Fastfood qidaları bəşəriyyətin bəlasına çevrilib. Valideynlərimiz azyaşlı övladlarına belə kimyəvi tərkibli və yağda qızarmış qidaları verməkdən çəkinmir. Fastfood restoranlarında bunun əyani şahidi oluruq.  Hamilə qadınlar öz sağlamlıqlarına, qida rejiminə fikir vermir. Ananın sağlamlığı hər şeydən vacibdir. Sağlam ana sağlam övlad dünyaya gətirir. Əgər ananın orqanizmində problemlər varsa, doğulan uşağın xəstə olması ehtimalı yüksəkdir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar